Skype-a məhdudiyyətlər qoyulması xəbərləri özünü doğrultmadı

07-07-2015 / 15:04

Ötən gün Skype proqramında problemin, hətta ona məhdudiyyətin qoyulması ilə bağlı məlumatlar yer aldı.

Xeberler.az olaraq, özümüzün Skype mesencerində apardığımız yoxlamalar və qısa araşdırmamız zamanı  belə bir ciddi problemin olmadığı qənaətinə gəldik və yayılan məlumatın doğruluğuna əmin olmadığımız üçün saytımızda bu haqda məlumat vermədik. 

Adıçəkilən məsələylə bağlı bu gün Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX)Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi rəsmi açıqlama yayıb.

Mərkəzdən Xeberler.az-a verilən məlumata görə, Skype-ın Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən qəsdən bağlanması ilə bağlı yayılmış məlumatlar tamamilə uydurulmuş məlumatdır və heç bir həqiqəti əks etdirmir.

Belə ki, məlum olduğu kimi Xüsusi Dövlət Mühafizə Xidməti yalnız dövlət orqanlarının şəbəkələrinin və İnternet informasiya ehtiyatlarının təhlükəsizliyinin təmin olunmasını təşkil edir.

Ümumilikdə, respublikanın İnternet şəbəkəsi ilə əlaqəsinin təmin olunmasına heç bir aidiyyatı yoxdur və bu sahədə xidmət göstərmir. Bu isə o deməkdir ki, Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi ölkədə Skype və digər hər hansı bir internet xidmətlərinin məhdudlaşdırılmasını həyata keçirə bilməz.

Bununla yanaşı qeyd etmək istəyirik ki, Skype İnternet şəbəkəsinə və geniş istifadəçi şəbəkəsinə malik proqram təminatı olduğundan digər hər hansı bir proqram təminatı kimi onun da proqram-aparat təminatında və ya şəbəkə bağlantısında hər hansı qısamüddətli problem yarana bilər lakin, bunun bilərəkdən proqramın fəaliyyətinin məhdudlaşdırılması kimi qələmə verilməsi yolverilməzdir.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə