Skype bəzi Android telefonlarda yenilənmiyəcək

23-07-2016 / 11:41

Microsoft korporasiyası Skype messencerinin müasir infrastruktura keçidini başa çatdırmasını açıqlayıb.

Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir k, son bir neçə ildə servis P2P texnologiyasından istifadədən imtina edərək bulud serverinə üstünlük verməyə başlayıb.

Bu məqsədlə korporasiya Skype xidmətinin Windows Phone 8.1, eləcə də Android sisteminin köhnə versiyalarının dəstəklənməsini dayandırmaq niyyətindədir. Bununla mütəxəssislər platformada mövcud olan bir sıra problemləri aradan qaldıraraq abunəçilərə xidmət prosesini yaxşılaşdırmaq əzmindədirlər.

Məlumata görə, Microsoft Skype-ın Android 4.0.3, Windows 10/7/8/XP/Vista və iOS 8 əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğular üçün dəstəyi davam etdirəcək, lakin Windows Phone 8 və Android-in daha köhnə versiyalarının istifadəçiləri gələcəkdə servisin son versiyalarından istifadə imkanından yararlana bilməyəcəklər.

Bir müddət əvvəl Microsoft-un vitse-prezidenti Qurdip Pall son bir neçə ildə Skype-da məlumatların sinxronlaşdırılması və bildirişlərin yubanması ilə bağlı çoxlu problemlərin yaranmasına görə abunəçilərin şikayət etdiyini bildirib.    

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə