Skype bu cihazlarda işləməyəcək

03-07-2017 / 11:22

Microsoft  şirkətinin nümayəndəsi cari ilin iyun ayının əvvəlində məlumat vermişdi ki, Skype internet telefoniya servisində həyata keçiriləcək genişmiqyaslı yeniləmə nəticəsində sözügedən xidmət iMessage, WhatsApp, Messenger, Snapchat və başqa messencerlərlə rəqabət apara biləcək.

Tərtibatçılar, eyni zamanda, iyulun 1-dən bəzi köhnə sistemlərdə sözügedən servisin dəstəyinin dayandırılması haqda məlumat vermişdi.

Xeberler.az NRYTN-in elektron xəbər xidmətinə istinadən   bildirir ki, 1 iyul 2017-ci il tarixindən Windows RT, Windows Phone 8 və 8.1 sistemlərinin sahibləri üçün Skype servisi əlçatmaz olub.

Messencer Smart TV funksiyasına malik televizorlarda və Windows 10 Mobile üçün Messaging proqramında artıq işləməyəcək.

Xatırladaq ki, Skype servisinin yuxarıda adı çəkilən əməliyyat sistemlərində dəstəyinin dayandırılması xidmətin bulud infrastrukturuna keçidi ilə bağlıdır. Tərtibatçılar Skype-dan istifadə etməyi planlaşdıran istifadəçilərə öz əməliyyat sistemlərini yeniləməyi israrla tövsiyə edir.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə