Skype-da problemlər yaranıb

21-09-2015 / 15:23

Skype servisində problem yaranıb və proqramın bəzi platformalarında olan versiyaları işləmir.

Xeberler.az Skype-ın rəsmi saytına istinadən xəbər verir ki, istifadəçilər Skype-a girişdə və Skype dostları ilə əlaqə yaratmaqda problem yaşayırlar.

Skype yaranmış problemlə bağlı açıqlamasında bildirib ki, tətbiq yaranmış problemlə bağlı istifadəçilərdən üzr istəyir və problemin yaxın zamanda aradan qaldırılmasına çalışır.

İstifadəçilərə servisin normal işi bərpa olunana qədər isə veb-versiyadan istifadə etmək təklif olunur.

Qeyd edək ki, əvvəlcə servisin işləməməsi haqda sosial şəbəkə istifadəçilər məlumat yayıblar. Bildirilirdi ki, nasazlıq ancaq statusun dəyişdirilməsilə bağlıdır. Həmçinin servisdə olan istifadəçilər oflayn kimi göstərilir və servis vasitəsilə zəng etmək mümkün olmur.

Skype-dakı bu problem bütün dünya ölkələrində yaşanır.

Skype 2011-ci ildə Microsoft tərəfindən alınıb. 2013-cü ildə MSN Messenger və  Windows Live Messenger də Skype –la birləşib. Hazırda mesajlaşma, audio və video zəng xidmətləri təkif edən Skype  proqramının müxtəlif platformalarda işləyən versiyaları  fəaliyyət göstərir.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə