Skype-dan istifadə qadağası aradan qaldırılıb

15-09-2017 / 11:38

Səudiyyə Ərəbistanı 20 sentyabr tarixində səsli və videorabitə (IP telefoniya) üçün proqramlardan istifadəyə qoyulmuş qadağanı ləğv edəcək.

Xeberler.az NRYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, "biz telekommunikasiya sektorundakı partnyorlarla əməkdaşlıq çərçivəsində zənglər üçün proqramlara qoyulmuş məhdudiyyəti ləğv edəcəyik" – Səudiyyə Ərəbistanının telekommunikasiya naziri deyib.

O bildirib ki, sözügedən proqramlara qarşı bir sıra tələblər irəli sürüləcək. Tələblər hələ ki açıqlanmayıb. Məlumat verək ki, Skype servisi 1 il bundan əvvələdək Səudiyyə Ərəbistanında geniş istifadə edilib.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə