Skype tamamilə yenilənmiş Linux versiyasını yayımladı

14-07-2016 / 12:58

Skype rəsmi bloqundan yaydığı məlumatda  tətbiqin Linux  versiyasının tamamilə yenilənmiş versiyasını elan edib.

Xeberler.az şirkətin məlumatına istinadən bildirir ki, artıq Linux istifadəçiləri Alpha versiyasındakı yeni Skype-ı yükləyə biləcək.

Məlum olduğu kimi, Skype bir müddətdir ki, Linux platformasını dəstəkləyirdi. Ancaq tətbiqin bu platformadakı versiyası Windows və Mac ilə müqayisədə xüsusiyyətlərinə və dizaynına görə geridə qalırdı.

Skype komandası Linux için yayımladıqları yeni versiya ilə tətbiqin modern UI  dizaynını və emojilərini də Linux-a gətirib.

Demək olar ki, Skype-ın Mac və Windows-da sahib olduğu bir çox xüsusiyyətlər artıq  Linux-da var.

Linux üçün Skype-ı buradan yükləyə bilərsiniz. 

Günel 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə