Smartfondan nazik televizor istehsal olunub

09-08-2015 / 11:32

Cənubi Koreyanın “LG Electronics” şirkəti “OLED” televizor çeşidlərini artıraraq çox nazik modellər təqdim edib. Yeni 55 düym ekran ölçüsünə malik “OLED TV” modellərinin qalınlığı 4,8 millimetr təşkil edir ki, bu da qalınlığı 6-7 millimetr olan smartfonlardan xeyli nazikdir.

Xeberler.az ict.az saytına istinadla xəbər verir ki, hazırda ən nazik televizor istehsalçıları arasında liderlik uğrunda mübarizəyə “Sony” şirkəti də qoşulub. Belə ki, bu yaxınlarda Yaponiya istehsalçısı “Bravia” TV xəttinə qalınlığı 4,9 millimetr olan “Ultra HD” (4K) formatlı iki model əlavə edib.

Maraqlıdır ki, bu dəfə “Samsung Electronics” şirkəti kənarda qalmağa üstünlük verib. Cənubi Koreya istehsalçısının kvant pikselli texnologiyanı (Quantum Dot, QD) tətbiq edərək yaratdığı yüksək dəqiqlikli “SUHD” ekranlar 6-9 millimetr qalınlığa malik olmaqla “LG Electronics” və “Sony” modellərindən geri qalır.

“DisplaySearch” şirkətinin analitikləri bu yanaşmanı düzgün hesab edərək bildiriblər ki, istehlakçılar üçün televizorun qalınlığı həlledici üstünlük deyil. Ekspertlərin fikrincə, alıcılar ona yalnız ultranazik olmasına görə əlavə vəsait ödəməyəcəklər, çünki televizor portativ qurğulara aid deyil.

 

Xeberler.az

 

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.