Son illərdə İKT sektorunda baş verənlərin müqayisəsi

04-06-2019 / 09:04

Xeberler.az  məlumat verir ki, Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsi üzrə ekspert Osman Gündüz 2000-ci il və 2019-cu ildə İKT sektorunda müşahidə olunan hadisələri şərh edib:

"2000-ci illər

1. İnternetə texnoloji senzura tətbiq edilib. Nazirin Əmri ilə telefon xəttindən istifadə edərək internetə qoşulanlar aylıq abunə haqqı , internet xidmətinin aylıq ödənişindən əlavə olaraq, telefon xəttindən internet üçün də istifadə edildiyinə görə ödəniş olunmalıydı. Dövlət Porvayderinin müştərisi bunu etmirdi. Özəllərdən də kimin müştərisi bunu etmirdisə gece onun xəttinə müdaxilə olunurdu və xətti bağlanırdı. Buna görə biz Nazirliyi məhkəməyə vermişdik.

2. Nazirlik özəl provayderlərin kanallarını sadəcə balta və mişarla kəsirdi. Bildiyim qədər buna görə o zaman Nazirliyin 20 provayder ilə məhkəmə çəkişməsi vardı

2019-cu il.

1. Yenə də dövlət və özəl provayderlər var. Yenə də Nazirlik, həm qanuni kommersiya ilə məşğuldur, həm tənzimləyir və həm də dövlət siyasətini həyata keçirir. Bu dəfə Nazilrik rabitə kanallarını baltalamır. Nazirlik gecəykən şəbəkəyə qanunsuz müdaxilə edərək özəl provayderlərin minlərlə müştərisini , sadəcə “oğurlayır”, yəni NRYTN-ə məxsus dövlət provayderinin şəbəkəsinə keçirir. “Müştəri oğurluğu” üçün Huawei texnologiyasının köməyi ilə unikal , innovativ metod tətbiq edilir.

2. Özəl provaydrelər, hətta digər dövlət təşkilatları ümumiyyətlə dövlətə məxsus olan KABEL-KANAL sisteminə yaxın buraxılmır.Yəni, bununla da, özəllər fiber –optik xidmətlər göstərə bilməzlər.  Dövlət provayderləri üçün isə kanalizasiyanın qapıları , daha doğrusu “lyukları” açıqdır.

Nəticə çıxarmağı isə qərar qəbul edənlərin öhdəsinə buraxıram."


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.