Sosial mediada təhlükəsizliyi qorumağın 10 yolu

26-03-2015 / 13:17

Sosial şəbəkələrin populyarlığı günbəgün artır. Onlar artıq bütün nəsillər arasında gündəlik həyatımızın adi  hadisəsinə çevriliblər.

Misal olaraq Facebook bir milyarddan çox olan aktiv istifadəçisi ilə Twitter, Google+, Linkedin, Pinterest və digər nəhəng sosial şəbəkələr arasında liderliyini qoruyub saxlayır.  Köhnə dostlarla əlaqə yaratmaq, yeni dostlar tapmaq, görüşlər təşkil etmək, tədbirlərdən şəkillər paylaşmaq və başqa günlük hadisələrin bölüşülməsi baxımından sosial şəbəkələr hər kəsin istifadəsi üçün əlverişlidir. Ancaq bununla yanaşı belə yerlər xoş niyyəti olmayan insanlarla da doludur. Bir anlıq düşünün siz bütün vacib məlumatları öz hesabınızda yerləşdiribsiz- email , ev ünvanı, doğum tarixi, şəkilləriniz və. s. Bütün bu məlumatlar kibercinayətkarlar, internet fırıldaqçılar üçün dəyərli məlumatlardır.

Facebook və Twitterin məlumatsız istifadəçilərdən faydalanmaq  üçün təşviq spamları göndərərək URL linklərini ələ keçirirlər. Yeni Facebook fırıldaqçıları demək olar ki , hər gün daha da artıq. Yaxşı bəs sosial şəbəkələrdə təhlükəsizliyimizi qorumaq üçün nə edə bilərik? Aşağıda sosial şəbəkələrdə təhlükəsizliyi qorumaq üçün 10 addım sadalanıb.

1.Məxfilik parametrlərini yoxlayın

Paylaşdığınız məlumatların kimlər tərəfindən oxunulmasını tənzimləyə bilərsiniz.  Şəxsi məlumatlarınızı hamı üçün paylaşdığınız zaman məlumatları sizin haqqınızda öyrənmək istəyənlər üçün daha da əlçatan edirsiz.

2.Güclü şifrə yaradın

Şifrə yaradarkən sadə sözlərdən istifadə etməyiniz məsləhət deyil. Hərfləri qarışdırın.  Müxtəlif simvol və rəqəmlərdən istifadə edin.  Çalışın yaradacağınız şifrə ən azı 10 simvoldan ibarət olsun. Əgər siz iş yerində və ya evdə ortaq kompüterdən istifadə edirsinizsə hesabınıza daxil olarkən şifrənizin və emailinizin yaddaşda saxlanmadığına əmin olun.

3. Dostluq listinizə kimləri qəbul edəcəyinizi və kimləri izlədiyinizi ciddi olaraq düşünün..

Bu yaxşıdır ki, siz öz paylaşımlarınızı real həyatda tanıdığınız dostlar arasında edirsiniz. Ancaq siz  profilinizi tanımadığınız insanlar üçün də açıq qoysanız bu sizin təhlükəsizliyiniz üçün risk ola bilər. Nəzərinizə çatdırırıq ki, Cloudmarkın araşdırmasına görə yeni Facebook istifadəçilərinin 40%-i heç də  xoş niyyətli olmayan saxta profillərdir.

4.Paylaşımlarınızdan öncə düşünün. Unutmayın ki, bir dəfə paylaşdığınız məlumat artıq şəxsi sayılmır.

Doğum tarixiniz, ev ünvanınız, e-mail ünvanınız və digər fərdi məlumatlarınız  kibercinayətkarlıq  məqsədilə də istifadə edilə bilər.

5.Hər hansı keçidi (linki) klikləyərkən diqqətli olun.

Şübhəli görünən linkləri klik etməzdən öncə düşünün. Sosial şəbəkələrdə saxta link və bildirişlər sürətlə yayılıb. Həmin  linklər cəlbbedici, şirnikləndirici görünə bilər. Bu linklər hətta sizin dostlarınızdan gələ bilər. Çox zaman bu məlumatlar bildiriş şəklində yayılır. Onları yüklədiyiniz zaman hesabınızın oğurlanma təhlükəsi yarana bilər.

6.Sosial şəbəkələrdə eyni zamanda dostlarınızın təklif etdiyi oyun bildirişlərini mümkün qədər məhdudlaşdırın.

Çünki həmin oyunlardan gələn bildirişlər sizin kompüteriniz üçün uyğun olmaya bilər. Belə halda  təhükəsizliyi qorumaq çətin olacaq və nəticədə  şəxsi məlumatlarınız kibercinayətkarlar tərəfindən ələ keçiriləcək.

7. Uşaqlarınızı izləyin və onlarla dost olun

Kibercinayətkarlıq, internet fırıldaqçıları daxil olmaqla İnternet bütün mənfi aspektləri ilə  uşaq və yeniyetmələrin istifadəsi üçün də açıqdır. Övladlarınızı sosial şəbəkələrdən təhlükəsiz istifadə etməsi üçün onları məlumatlandırmağınız yaxşı olardı .

8. Şübhəli bildiriş və ya dəyişiklik gördüyünüz zaman fəaliyyətə keçin.

Spam və digər şübhəli bildirişləri şikayət etməyin bir neçə yolu vardır. Daha ətraflı məlumat  üçün səhifənizin təhlükəzilik bölməsinə baxın.  Profilinizin oğurlandığını düşünürsünüzsə, dərhal şifrənizi dəyişin.  Şifrə dəyişməklə siz sadəcə vaxt qazanmış olursunuz. Sosial şəbəkələrə e-mail vasitəsilə daxil olmusunuzsa, dərhal  emailinizin də şifrəsini yeniləyin.

9. Ən son İnternet fırıldaqçıların və spamların xüsusiyyətlərini  izləyin.

Aldanmamağınz üçün ən birinci şərt diqqətli və məlumatlı olmağınızdır. Bu barədə daha ətraflı maariflənmək üçün sosial media resurslarının öz saytlarından və ya digər güvənli resurslardan istifadə edə bilərsiniz.

10. Ən son və önəmli tədbirlərdən biri də kompüterinizdə anti-virus proqramının olduğundan əmin olun və onu  tez-tez yeniləməyi unutmayın. 

 

Ülviyyə Əlixanova

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.