Sosial şəbəkə istifadəçilərinin sayı 10 dəfə artıb

14-10-2015 / 11:46

15-16 yaşlı amerikalıların 65 faizi sosial şəbəkələrdən istifadə edir. 18-29 yaşlı gənclər arasında bu rəqəm 90 faiz, 65 və daha yuxarı yaşlılar arasında 35 faiz təşkil edir.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, araşdırmalar nəticəsində məlum olub ki, ABŞ-da sosial media istifadəçilərinin sayı 75 faizdir.
 
Mütəxəssislər sosial şəbəkələrdən istifadənin vaxt ötdükcə artmasını göstərmək məqsədilə son on ildə keçirilmiş 27 tədqiqatın və  62 min fərdi sorğunun nəticələrini qiymətləndiriblər.  
 
2005-ci ildə 7 faizi sosial media istifadəçisi olan amerikalıların gün keçdikcə artımı müşahidə olunur.
Lakin 2010-cu ildə gənclər arasında sosial şəbəkələrdən istifadədə artım zəifləyib, daha yaşlı insanlar arasında isə sürətlənib. Hazırda 65 yaşdan yuxarı amerikalıların 35 faizi sosial media istifadəçisidir ki, bu da 2010-cu ilin göstəricisindən 3 dəfə çoxdur.

Xeberler.az 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.