Sosial şəbəkələr

04-11-2009 / 10:36

    2008-ci ilin  iyun ayı üçün 132 milyon istifadəçi  Facebook.com -a baş çəkmişdir və 117 milyon portal Myspace.com-un xidmətlərindən öz xeyrinə istifadə etmişdir .

        Synovate qlobal tədqiqat şirkəti dünyanın 17 ölkəsindən 13.000 respondent arasında sorğu aparmışdır .Tədqiqat ərzində, sosial şəbəkələrin istifadəçilərinin əsasən kimlər olduğu, onların maraq dairələri və bu kimi digər  oxşar resurslar haqqında maraqlı məlumatlar əldə olundu.

 İnternet cəmiyyəti (birlik)  sosial şəbəkələrin yaxşı nümunəsidir. Bu növ sosial şəbəkə  XX əsrin 90-cı illərində  İnternetin inkişaf etdiyi  və genişləndiyi bir dövrdə daha da çox genişləndi. Belə xidmətin müştərisinə öz haqqında fotoşəkillərini, özünün və arzu olunan partnyorun anket sorğusunu doldurmaq təklif edilir, sonra xidmətə əlaqə üçün ad və parol seçilir. Həmçinin xüsusi internet tanışlıq xidmətləri də var: seksual azlıqların nümayəndələri üçün, lal-karlar üçün, insan immunçatışmazlığı virusu daşıyıcıları və s. Bu növ İnternet xidmətinin istifadəçilərinə oxşar partnyoru tapmaq üçün vacib imkanı verilmişdir.

  Birinci ictimai platforma  90-cı illərin ortalarında İnternetdə meydana çıxmışdır, bu Classmates idi; 1999-cı ildə yaradılan Livejournal cox populyar olmuşdur; 2003-cü ildə MySpace, 1 il sonra yaradilan  Facebook və 2006-cı ildə Rusiya yaradılan  Odnoklassniki (18 milyon istifadəçi) və V kontakte-də (13 milyon istifadəçi) fəaliyyətə başlamışdır. Bu resurslar özlərində nəyi təmsil edir? Odnoklassniki- Classmates saytinin rus analoqudur,  bunun əvvəlki məktəb yoldaşları, tələbə yoldaşları, kolleqalar və həmkarlar arasında tanışlıq və axtarış  üçün nəzərdə tutulmuşdur. Bugünkü ölçülərinə və kifayət qədər məhdud imkanlara malik olmasına görə kasıb layihədir, buna baxmayaraq bu interfeysin və hərəkətin aşağı istehlakının sadəliyinin sayəsində çox populyardır. V kontakte başlanğıcda Rusiyada orta məktəb tələbələri və diplomlu mütəxəssisləri üçün sosial şəbəkə kimi özünü yerləşdirdi, ancaq indi onun auditoriyası İnternet istifadəçilərinin bütün qatları ilə təqdim edilir, qərbi analoqu Facebook saytıdır. Resurs zəngin və müasir proqram service malikdir və öz imkanlarına görə odnoklasniki saytından üstündür. Livejournal və Liveinternet-operativ gündəliklərin yerləşdirilməsi üçün kütləvi bloqlara, platformalara, funksiyaların standart yığımına malikdir. Həmçinin yazılarına multimedia qoymaq üçün imkan verir.  MySpace  özündə universal sosial şəbəkəni təmsil edir və indiki dövrdə rus dilində də istifadəsi mümkündür .Resurs unikal  xüsusiyyətlərə malikdir: orada  demək olar ki, bütün müasir musiqiçilər öz səhifələrinə malikdir. Buda əsasən şəbəkənin istənilən istifadəçisinə səhnə ulduzları ilə birbaşa əlaqəyə daxil olmaq, son yenilikləri bilavasitə öyrənmək və səhifədə tikilən oyunçu vasitəsilə sevimli musiqiyə qulaq asmaq imkanını verir .

        İnternet öz istifadəçiləri üçün bəzi vacib üstün xidmətlər vermişdir: ucuzluq, yararlıq , anonimlik, böyük təhlükəsizlik , effektivlik (fotoşəkillər və məlumat tez-tez yenilənə bilərlər ki, məlumatlar real vaxt rejimində çatdırılsın). Eyni zamanda, aldatma hadisələri tez-tezdir: başqa şəxsin fotoşəkillərindən istifadə, özünü başqa yaşda və başqa cinsiyyətdə qələmə vermə halları. Saytların əlaqə menecerləri istifadəçiləri fırıldaqçıların qurbanı ola biləcəkləri haqqında adətən xəbərdar edir. Digər bir tərəfdən sosial şəbəkələrin bir çox ziyarətçisi şəxsi informasiyanın məxfiliyinin saxlanması ilə həddindən artıq narahat deyillər və özləri haqqında anket məlumatlarında ən müxtəlif məlumatları öz səhifələrində fəal yerləşdirirlər.

     İnternetə daxil olan şəxs  özünü informasiya anbarında, kiberfəzada canlı adamların virtual təsvirlərində görür. İnternetin əsas xüsusiyyəti arzulara uyğun olaraq şəxsiyyətlərə şəbəkəni yaratmaq şansı verən anonimlikdir və istəyə uyğun olaraq məhdud kontakt imkanlarıdır.   Lakin bəzən bu deyilənlərin əksi də ola bilir. Məsələn, Liveinternet saytında qeydiyyatdan keçən istənilən şəxs asanlıqla başqasına məxsus olan şəkilləri, məlumatları  öz profilində qeyd edə, “xəyali yeni mən”i , özünün arzuladığı insan haqqında məlumatları qeyd edə bilər. Virtual dünyanın ən əsas problemlərindən biri “xəyali məni”in yaradılmasıdır. Öz bədənindən bu cür qaçış əlaqələrdə məsuliyyətin yoxluğu kimi arzuolunmaz nəticələrə gətirib çixarır. Bu hadisələrin cəld baş verdiyi dünyadır, harada ki hamı daima dəyişir, harada ki mausa bir dəfə toxunmaqla  öz yaxın adamından  qurtulmaq mümkündür, əgər profilin sənə xoş deyilsə onu dağıtmaq  və onu yenisi əvəz etmək olur. Bu cür hallar isə gerçəklikdə adamların qavrayışının oxşar yüngülxasiyyətliyinə və uyğunsuzluğuna gətirə bilər. Əfsus, ancaq reallıq daha çox tələbkardır, ,daha çox məsuliyyət istəyir. Öz həyatını internetsiz düşünə bilməyən XXI əsrin nəsli  real maddi dünyada ümidsizlik ilə üzləşmək riskləri ilə qarşılaşa bilərlər. Ümidsizlik, öz növbəsində,  həyatın çətinliklərin qaçmaq üçün bir daha “virtual” “reallığa uyğun olmayan “mən”in yaradılmasına bir daha təkan vermiş olacaq. Artıq indiki cəmiyyətimizdə biz bir komputer oyunlarından, virtual həyatdan asılılığı olan insanlarla qarşılaşırıq.

 

Periodik olaraq sosial şəbəkələrin insanları ölümə sövq etməsi barədə söhbətlər var. Misal olaraq manyak Cerald Kranın hekayəsi və ya  Megan Meyerin ölümünü göstərə bilərik.

Sosial şəbəkələrin müsbət cəhətlərinə  bir qayda olaraq şəxsin yeni tərəfdarla, dostlara , maraqlı xəbərlərə yiyələnmə  və xoş vaxt keçirmənisi hallar daxildir. Həmçinin sosial şəbəkələr  virtual kommunikasiyaların bir çox fiziki qüsurlu  iştirakçıları üçün yeganə ünsiyyət və əlaqə yaratmaq vasitəsinə, özünü ifadə imkanlarına çevrilir.

 

    Sosial şəbəkələr İnternet üzrə qalib hegomonluğunun nümayişinə  davam edir. “comScore”un statistikasına görə keçən il üçün bu xidmətlərin istifadəçilərinin miqdarı bir neçə dəfə böyümüşdür.

 

    Amerikan yeniyetmələri üçün MySpace kimi belə xidmətlərin köməyi ilə onlaynda görüşmək və ünsiyyət saxlamaq daha çox dəbdədir. Onlaynda böyüyən yeni nəslin nümayəndələri öz həyatlarını internetsiz təsvir etmirlər. Onlar öz ata-anaları kimi kinoda, əyləncə mərkəzlərində vaxtlarını keçirməkdənsə internetdə əylənməyi daha üstün tuturlar.

   Jurnalistlər operativ olaraq  MySpace kimi sosial şəbəkələrdə "yaşayan" kiçik yeniyetmələrdən müsahibə götürmüşdür. Onlar izah edirlər ki, MySpace-ki səhifələrini həyatlarının ayrılmaz bir hissəsi kimi görürlər: “ Sizin səhifəniz- elə siz özünüzsünüz!”

   Bəs onlar öz virtual dünyalarında neyləyirlər? Onlar tez-tez səhifə qeydiyyatlarını dəyişirlər , yeni fotoşəkilləri (bəzən, kifayət qədər şəhvani) əlavə edirlər.  Ən qabaqcıl MySpace istifadəçilər hətta HTML-inin əsaslarını   bilir. Kosmik MySpace pərəstişkarlar  ilə musiqiçilərin dialoqunun məkanına çevrilmişdir. Ancaq ən əsası Myspace hər bir istifadəçinin rahat şəkildə özünə dost tapa biləcəyi bir məkana çevrilmişdir.

 

        Cəmi  iki il ərzində xidmət MySpace-nin auditoriyası sıfırdan 47,3 milyon şəxsə qədər artmışdır. Bu sayt iki il əvvəl, 2004-üncü ilin yanvar ayında açıldı, iki uzaqgörən biznesmenlər tərəfindən: 39 yaşlı Kris Devulf və 29 yaşlı Tom Anderson

        Sosial şəbəkələrin meydana çıxması ilə yeni həyəcanlar  da yarandı:”Gorəsən oxşar resurslarda mənim informasiyam, nə qədər qorunur? Kimsə  mənim şəxsi məlumatlarımı oxuya bilərmi?

Tədqiqatın nəticələrini təhlil etdikdən sonra, bilmək mümkün idi ki, respondentlərin 51 %-i sosial şəbəkələrin saytlarından istifadə etməyi təhlükəli  hesab edir.  Bu göstəricilərə görə   Braziliya (79 %), ABŞ (69 %) və Polşa (62 %) istifadəçiləri ön yerləri tuturlar.

      Bəs virtual əlaqə, münasibətləri real həyatdakı ilə qarşılaşdırıla bilərmi? . Sorğu nəticəsində sosial şəbəkələrin saytlarının aktiv iştirakçılarının 40 %-i virtual elaqəni real həyatdakı əlaqəyə bərabər hesab etsələrdə, bu barədə hec məlumatı olmayan şəxslər arasında bu göstərici 26 %.-dən azdır.

      İstifadəçilərin  14 %-in qeyd etmişlər: "Mən şəbəkədə dostlar ilə dialoqdan daha çox məmnunluqları alıram , nəinki real dünyada dialoqdan". şəbəkə dostluğunun tərəfdarları ən çox Birləşmiş Ərəb Əmirliyində (37 %), İndoneziyada (36 %) və Tayvanda (21 %) qeydə alındı.

      Yarıdan çox sorğu-sual edilən şəxslər sosial şəbəkələrin saytlarının sayəsində  aktiv dialoqun leksik və qrammatik bacarıqların qaçılmaz pisləşməsinə gətirdiyi bəyanatı ilə razılaşmışdır.

       Cənubi Afrika Respublikasının bütün sakinlərinin 30 %-i və Tayvan sakinlərinin 28 %-i qeyd etdilər ki,, onların internet şəbəkəsində daha çox dostları var nəinki real həyatda.

Əmək qanunvericiliyinin problemlərini qaldıran Britaniyada qeyd olunmusdur ki, firmalarda işçilərin bu cür sosial şəbəkələrdə bütün vaxtlarını keçirmələri sayəsində hər gün firmaların  263 milyondan çox dolları itirdiyi hesablamışdır. Şirkət bu cür şəbəkələrə girişi bağladıqdan sonra işdən çıxanların sayı artır.

  Hətta bu şəbəkələr haqqında lətifələr də meydana çıxmışdır.

 - Müttəhim, siz qeyd edirsinizmi ki mərhumu əvvəllər tanımamısınız?

 - Bəli, elədir tanımamışam!

 - Bəs onda niyə qurbanın fotoşəkili sizin "Odnoklassniki.ru-da" dostlarınız arasındadır?

  Ulduzə Əhmədova

 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə