“Sosial şəbəkələrdə paylaşılan kitabçanın nazirliyə aidiyyatı yoxdur”

01-09-2015 / 11:39

“Ötən gün bəzi saytlarda, eləcə də sosial şəbəkələrdə fotosu paylaşılan "Azərbaycan tarixi" məlumat kitabı dərslik deyil, üz qabığından da göründüyü kimi ali məktəblərə hazırlaşanlar üçün məlumat kitabçasıdır. Bu məlumat kitabçasının Təhsil Nazirliyinə heç bir aidiyyatı yoxdur”.

Xeberler.az-ın məlumatına görə, bunu Facebook səhifəsində Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov yazıb.

Onun sözlərinə görə, Təhsil Nazirliyi bu adda, dizaynda və rəngdə heç bir kitab sifariş etməyib: “Hissiyata qapılan bir çox sosial şəbəkə istifadəçilərindən xahiş olunur ki, kitabçaya, müəllifə və bütövlükdə kitabçanın üz səhifəsinə diqqətlə baxsınlar. Kitabın dizaynı, forması, məzmunu və rəngini müəllif seçir. Burada da bütün məsələlərə həmin müəllif cavabdehlik daşıyır”.

Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə fotosu paylaşılan ali məktəbə hazırlaşanlar üçün “Azərbaycan tarixi” məlumat kitabının üz qabığının Ermənistan bayrağının rənglərində olması sosial şəbəkə istifadəçiləri tərəfindən Azərbaycana qarşı təhqir kimi qəbul edilib. 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə