Sosial şəbəkələrdə qadınlar, yoxsa kişilər daha çox paylaşım edir?

03-02-2017 / 14:19

İnsanlar cəmiyyət tərəfindən tanınma axtarışında daha tez-tez sosial şəbəkələrə üz tutmağa başlayıb.

Kaspersk Lab şirkəti tərəfindən aparılan araşdırmanın nəticələrinə əsasən, dünyada sorğuda iştirak etmiş respondentlərin 24%-i sosial şəbəkələri həm də özlərinin, uşaqlarının və dostlarının uğurlarını nümayiş etdirmək üçün istifadə edir.

Xeberler.az şirkətə istinadən məlumat verir ki, öz məqsədlərinə çatmaq üçün (çoxlu like və şərhlər) onların bəziləri təhlükəsizlik və etik nöqteyi-nəzərdən mübahisə doğuran güzəştlərə getməyə hazırdırlar, xüsusən də bu işdə kişilər daha çox həvəslidirlər.

Kişilər Like toplayacağına təminat verəcəyi təqdirdə çılpaq şəkillərini belə paylaşmağa hazırdır

Güclü cinsin nümayəndələri şəxsi gizlilikləri haqqında düşünməyə çox da meylli deyillər: 9% kişi boynuna alıb ki, lazımi qədər Like toplayacağına təminat verəcəyi təqdirdə çılpaq şəkillərini belə paylaşmağa hazırdırlar. Qadınlar arasında isə bu göstərici yalnız 5% təşkil edib.

Öz açıq-saçıq şəkillərini dostlarıyla bölüşməyə isə 12% kişi və 8% qadın razılaşacağını bildirib. Sorğuda iştirak etmiş xanımların 9%-i olduqları yer və necə vaxt keçirmələri barədə məlumatları Like xətrinə şişirdə biləcəklərini deyiblər, kişilər arasında isə bu göstərici 14% təşkil edib.

Kişilərin 13%-i etiraf edib ki, yaxınlarının açıq-saçıq paltarlarda şəkillərini dərc edə bilər

Like hərisliyi sosial şəbəkə istifadəçilərini nəinki etik normaları pozmağa, həm də yaxın dostlarının maraqlarına zidd olan informasiyanı paylaşmağa belə sövq edir. Kişilərin 13%-i etiraf ediblər ki, yaxınlarının açıq-saçıq paltarlarda şəkillərini dərc edə bilərlər (bu göstərici qadınlarda 6%-dən bir az yuxarı olub). Kişilər qadınlarla müqayisədə ətraflarında olan insanların gizli və ya utandırıcı məlumatlarını açıqlamağa daha çox meyllidirlər: dostlara qarşı bu cür hərəkət edə bilənlər üzrə göstərici 12% (qadınların 6%-i), həmkarlara qarşı müvafiq olaraq 14% və 8%, müdürlərinə qarşı isə 13% və 8% təşkil edib.

Qadınların 8%-i hesab edir ki, dostlarının uyğun olmayan fotolarını paylaşmaq elə də pis hərəkət deyil

Bundan başqa, sorğuda iştirak edən kişilərin 15%-i bildirib ki, dostlarının uyğun olmayan fotolarını paylaşmaq elə də pis hərəkət deyil. Bu fikirlə qadınların 8%-i razılaşıb.

Yaxınların dəstəyi qadınlar və kişilər üçün eyni dərəcədə əhəmiyyətlidir: respondentlərin 29%-i etiraf edib ki, əgər onlara yaxın olan insan postları bəyənib, şərh etmədikdə narahat olmağa başlayırlar. Bu qeyri-müntəzimlik onunla izah olunur ki, kişilər sosial bəyənməyə daha həssas yanaşırlar – bəylərin 24%-i bildirib ki, az Like toplama və dostları arasında məşhurluqlarını itirmə qorxuları var. Qadınlarda isə bu göstərici 17% təşkil edib.

 “Sosial bəyənilmə axtarışında olanlar hər kəslə bölüşə biləcəkləri və sirr saxlamalı olduqları informasiyanı müəyyənləşdirmə bacarıqlarını itirirlər. Burada şəxsi təhlükəsizliyi təmin etməklə yanaşı, ətrafdakıların şəxsi həyatlarına da hörmət etmək qərəkdir. Araşdırma göstərdi ki, 58% insan hər kəsin qarşısına çıxarmaq istəmədiyi şəkillərin dostları tərəfindən paylaşıldığını gördükdə narahatlıq hissi keçirilər. Hər birimiz paylaşdığımız informasiyaya xüsusi diqqət yetirməli, özümüzü və yaxınlarımızı kibertəhlükələrdən qorumaq üçün xüsusi həllərdən istifadə etməliyik”, - deyə Kaspersky Lab şirkətinin sosial media idarəetməsi üzrə rəhbəri Yevgeni Çereşnev bildirib.

Qeyd edək ki, hazırda Kaspersky Lab şirkəti sosila şəbəkə istifadəçilərini qorumaq üçün FFForget adlı tətbiq hazırlayır. Bu tətbiq sizin şəxsi məlumatlarınızın ehtiyat kopiyasını yaradır, onları şifrələyir və buluda yükləyir. Siz doğmalarınız və dostlarınız üçün bu kontentə çıxış icazəsi verə bilərsiniz.

Tətbiqin buraxılışı 2017-ci ildə planlaşdırılıb, lakin dəqiq tarix auditoriyanın marağından asılıdır.

Tətbiqi ilk istifadə edənlərdən olmaq istəyirsinizsə, https://ffforget.kaspersky.com/ saytında qeydiyyatdan keçməklə  proqramın beta versiyasından istifadə edə bilərsiniz.

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə