“Sosial şəbəkələrdə yayılan görüntülər araşdırılacaq”

01-11-2015 / 21:31

"Sosial şəbəkələrdə yayılan görüntülər ciddi şəkildə araşdırılacaq və nəticəyə uyğun qərarlar veriləcək". 

Xeberler.az Report-a istinadən bildirir ki, bunu baş nazirin müavini, bunu hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov partiyanın mərkəzi qərargahında parlament seçkilərinin başa çatması münasibətilə keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, səsvermədə nöqsanların olması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər ciddi şəkildə araşdırılacaq: "Hesab edirəm ki, MSK və müvafiq qurumlar bunları ciddi şəkildə araşdıracaq. Faktlar təsdiq olunsa MSK tərəfdən əvvəlki illərdə olduğu kimi addımlar atılacaq".

Ə.Əhmədov bildirib ki, parlament seçkisində sosial şəbəkələrdə yayılan görüntülərə oxşar hadisələrin sayı olduqca azdır: "Bunlar seçki kampniyasına və nəticələrə kölgə salmağa əsas vermir".

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə