“Sosial şəbəkələrdə yayılan videoları araşdıra bilmədik”

18-11-2015 / 17:04

“Azərbaycanda seçkilə bağlı proseslər günün tələblərinə uyğundur. Keçirilən seçkiləri dünyanın inkişafı etmiş ölkələrində keçirilən seçkilərlə müqayisə etmək olar”.

Xeberler.az  Report-a istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. 

Məzahir Pənahov qeyd edib ki, dünyanın bütün ölkələrində seçkilərin keçirilməsinda qüsurlar olur: “Azərbaycanda Seçki Məcəlləsi beynəlxalq standartalara uyğun hazırlanıb. Azərbaycanda keçirilən seçkilərə bir sıra beynəlxalq qurumlar tərəfindən müsbət rəy verilib. Keçirilən seçkiləri dünya ölkələrindən olan müşahidəçilər izləyirlər. Amma nədənsə bu prosesi görmək istəməyənlər də meydana çıxır”.

O bildirib ki, seçki məntəqələrində veb-kamerlar quruşdırılıb, bu addım şəffaflığı təmin etmək üçün edilib: “Azərbaycanda siyasi mövqe ortaya qoyan güc olsaydı, onlar çalışardılar, nəticəyə təsir etsinlər. Sosial şəbəkələrdə yayılan və dəqiq ünvanı göstərilməyən videoları, bunun hansı məntəqələrdə baş verdiyini araşdıra bilmədik. Çünki ünvan yoxdur. Bu, o deməkdir ki, kimlərsə başqa maraqlar güdürlər. Elə video görüntülər vardı ki, orada heç dairənin adı da göstərilmirdi". 

Məzahir Pənahov qeyd edib ki, Azərbaycan ictimaiyyəti ölkənin gələcəyinə biganə deyil.

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.