Sosial şəbəkələrə yeni virus aşkarlanıb

28-05-2015 / 10:23

Sosial şəbəkələrə hesablanmış yeni virus aşkarlanıb. Mütəxəssislər hesab edir ki, virusu yaradan şəbəkə sosial şəbəkələrdə müxtəlif əməliyyatlarla bağlı gəlir əldə etməyi düşünür.
 
Xeberler.az-ın məlumatına görə, bu barədə Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatında qeyd edilir ki, “Linux” bazasında çalışan şəbəkə qurğularını sıradan çıxaran “Moose” soxulcanı aşkar edilib.

“Eset” şirkətinin informasiya təhlükəsizliyi üzrə olan tədqiqatçıları yeni zərərverici “Moose” proqram təminatının sıradan çıxardığı “Linux” bazasında olan müxtəlif tip portativ şəbəkə qurğuları, DSL modemlərdən başlayaraq videomüşahidə sistemlərinədək hətta İnternetə çıxışı olan bir çox tibbi qurğular haqda aparılmış analizin nəticələrini (PDF) yayımlayıblar.

Soxulcanın yayılması “Actiontec”, “Hik Vision”, “Netgear”, “Synology”, “TP-Link”, “ZyXEL” və “Zhone” kimi qurğularda daha aktiv müşahidə olunur. “Moose”un nüfuzetməsinin əsas üsulu isə tipik şifrlərin seçimi ilə baş verib.


 “Sındırılan” qurğular arasında bir şəbəkə formalaşdırılır, hansı ki, saxta sosial şəbəkə akkauntları vasitəsilə bir çox fırıldaqçı əməliyyatları həyata keçirilir. Yaradılan bu şəbəkənin sahibi əslində “Twitter”, “Instagram”, “Vine”, “YouTube”, “Facebook” və “Google+” kimi sosial şəbəkələrdə “like” satışı və saxta abunəçilik istiqamətində qazanc əldə etməyi düşünür.

“Moose” zərərvericisi həmçinin şəbəkənin skan olunması zamanı aşkar olunan az qorunan qurğulara hücum kimi də istifadə olunur. Soxulcan özünü və özü haqda sistemdə hər hansı bir informasiya saxlamır.

Məltəm Talıbzadə 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.