Sosium- bloq yazıları müsabiqəsi-3

27-12-2010 / 08:13

“Gənc Bloqçular Şəbəkəsi” layihəsi sosial bloq yazıları müsabiqəsi elan edir. Məqsədi gənclər arasında sosial bloqçuluğu inkişaf etdirmək olan bu müsabiqədə bütün bloqerlər iştirak edə bilər. Yazıları təcrübəli bloqçu və yeni media mütəxəssislərindən ibarət münsiflər heyəti qiymətləndirəcəkdir. Müsabiqənin ümumi mükafat fondu 700 AZN təşkil edir.

Mükafatlar:
I yer 200 AZN
II yer 150 AZN
III yer 100 AZN
IV-VIII həvəsləndirici yerlər hər biri 50 AZN.

Müsabiqəyə 10 dekabr 2010 – 14 yanvar 2011-ci il saat 23:00-a qədər yazılmış bloq yazıları qəbul olunur. Müsabiqəyə istənilən bloqda və ya sosium.com saytında yazılmış və qaydalara cavab verən bütün yazılar təqdim oluna bilər.

Müsabiqə ilə bağlı bütün suallarınızı [email protected] ünvanına yaza bilərsiniz.

“Gənc Bloqçular Şəbəkəsi” layihəsi Counterpart International təşkilatının icra etdiyi ABŞ Beynəlxalq İnkishaf Agentliyinin (USAID) Vətəndaş Cəmiyyəti layihəsi çərçivəsində maliyyələşdirilir və Gənc Bloqçular Koalisiyası tərəfindən icra olunur.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə