Space radionun bağlanması ilə bağlı rəsmi açıqlama

29-09-2016 / 22:31

Space Müstəqil Televiziya və Radio Şirkətinin 104 FM radiosunun fəaliyyəti dayandırılıb.

Bu barədə APA-ya Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, bu addım radionun borcu olduğuna görə atılıb.

Birlikdən bildirilib ki, bu, profilaktik tədbirdir, yayım bərpa edilə bilər: "Bizdə hazırda radionun fəaliyyətinin dayandırılması haqda qərar yoxdur".

Milli Televiziya və Radio Şurasının Aparat rəhbəri Toğrul Məmmədov APA-ya bildirib ki, yayımın dayandırılması profilaktik tədbirlə bağlıdır və axşam saatlarında yayım bərpa olunacaq.

MTRŞ-nın şöbə müdiri İsa Məmmədov aznews.az-a açıqlamasında xəbərləri təkzib edib. Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən yayım tezliklərinin dayandırılması ancaq MTRŞ-yə məxsusdur: "Biz də həmin radionun dayandırılması ilə bağlı qərar çıxarmamışıq". 

İ. Məmmədov Space 104 FM radiosunun Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinə 12 min manat borcunun olmasına da aydınlıq gətirib:

 "Tək "Space" deyil, hamının borcu var. Borca görə yayım dayandırıla bilməz".

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.