SpaceX Beynəlxalq Kosmik Stansiyaya maneken-pilot göndərir

02-03-2019 / 11:42

İlon Maskın “SpaceX” şirkəti Beynəlxalq Kosmik Stansiyaya sınaq ekipajı göndərir. 

Xeberler.az  bildirir ki, Reuters agentliyinin yaydığı məlumata görə, “Dragon” adlanan pilot kapsulu “Falcon 9” raketi ilə bu gün ABŞ vaxtı ilə 2:49-da Floridadakı Kennedi Kosmik Mərkəzindən fəzaya buraxılır.

NASA-nın məlumatına görə, sınaq kapsulunun buraxılmasında məqsəd gələcəkdə Aya və Marsa uçacaq kosmonavtların təhlükəsizliyini yoxlamaqdır. Bu uçuş zamanı içərisində maneken-pilot olacaq kapsulun təhlükəsizliyini beş gün müddətində ABŞ astronavtı Enn Mkkleyn, kanadalı Devid San-Jak yoxlayıblar.

Kapsulda olacaq “ekipaj üzvü” maneken Ripli bütün texniki cihazlarla, o cümlədən ötürücü ilə təchiz edilib. Kosmik gəmi martın 3-də Beynəlxalq Kosmik Stansiyaya birləşəcək və martın 8-də ondan ayrılacaq. Yerə qayıdan Ripli maneken paraşütlə Atlantik okeanına düşəcək. Kapsulun içərisində olan yük təhlükəsizlik məqsədilə gələcəkdə kosmosa uçacaq 3 ekipaj üzvü üçün hesablanıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə