SpaceX-dən təyyarələrdə Wi-Fi təmin edəcək peyk

16-05-2017 / 10:54

ABŞ-ın özəl SpaceX şirkətinə məxsus Falcon 9 raket daşıyıcısı orbitə Inmarsat-5 F4 telekommunikasiya peykini çıxarıb.

Report BBC-yə istinadən xəbər verir ki, bu peyk digərləri ilə birlikdə təyyarələri və gəmiləri yüksək sürətli internetlə təmin edəcək.

Falcon 9 Florida ştatındakı Kanaveral burnunda yerləşən kosmodromdan orbitə buraxılıb.

Inmarsat-5 F4 dənizdə, havada və yerdə yüksək sürətli internet təmin etmək üçün səfərbər olunan Global Xpress orbital qruplaşmasında dördüncü peyk olacaq.

Qeyd edək ki, Boeing korporasiyası tərəfindən istehsal olunan Inmarsat-5 F4 peyki altı tondan bir qədər ağırdır. Bu, Falcon 9-un orbitə çıxardığı ən böyük yükdür.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə