SpaceX kosmosa məxfi peyk buraxıb

08-01-2018 / 16:43

SpaceX şirkəti kompaniyası yanvarın 8-nə keçən gecə ABŞ hökumətinin sifarişi ilə Zuma adlı peyki kosmosa buraxıb.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, ötə ilin noyabr ayından bir neçə dəfə təxirə salınan start Falcon 9 daşıyıcı raketi vasitəsi ilə ABŞ Hərbi Hava Qüvvələrinin Kanaveral burnundakı bazasından həyata keçirilib.

Xarici mediada da  peykin təyinatı barədə heç nə bildirilmir. Belə ki, şirkət rəsmiləri  və Pentaqon jurnalistlərin suallarına cavab verməkdən imtina edib. Yalnız onu öyrənmək mümkün olub ki, kosmik aparat ABŞ hökumətinin sifarişi ilə yer orbitinin aşağı qatlarına çıxarılıb.

Peykin orbitinin parametrləri və Zuma missiyasına aidiyyəti olan qurumun adı məxfi saxlanılır.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə