Spartakiadada şahmat yarışına yekun vurulub

07-02-2019 / 17:07

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi,  Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin, “Spartak” Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Sağlamlıq – 2018” Respublika Spartakiadası davam edir.

Xeberler.az  bildirir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparatının və qurumlarının əməkdaşlarının iştirakı ilə baş tutan spartakiada çərçivəsində növbəti olaraq şahmat yarışı keçirilib.

Yarışın nəticələrinə görə, komanda hesabında I yerə “Bakı Telefon Rabitəsi” MMC-nin komandası, II yerə “Aztelekom” MMC-nin komandası, III yerə Nəqliyyat, Rabitə və Yüksək Nazirliyinin aparatının komandası layiq görülüb.

Şəxsi hesabda kişilər arasında birinciliyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı Rəsulov Anar, ikinciliyi “Azərpoçt” MMC-nin əməkdaşı Əlimərdanov Vüqar, üçüncülüyü “Aztelekom” MMC-nin əməkdaşı Zeynalov Elçin əldə edib.

Şəxsi hesabda qadınlar arasında I yeri “Bakı Telefon Rabitəsi” MMC-nin əməkdaşı Kərimova Lalə, II yeri  Məlumat Hesablama Mərkəzinin əməkdaşı Əmrahova Esmira, III yeri Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşı Nəbiyeva Mehriban tutub.

Qeyd edək ki, hazırda idman spartakiadası çərçivəsində voleybol oyunları keçirilir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə