Spartakiadanın dama oyunlarında birinciliyi Bakı Telefon Rabitəsi MMC-nin komandası qazanıb

29-01-2019 / 10:07

“Sağlamlıq – 2018” Respublika Spartakiadası çərçivəsində keçirilən dama oyunları yekunlaşıb.
 
Xeberler.az  bildirir ki, sözügedən yarışda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparatı, “AzInTelecom” MMC, “Bakı Telefon Rabitəsi” MMC, “Aztelekom” MMC, Dövlət Radiotezlikləri İdarəsi, “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC, Dövlət Avtomobil Nəqliyyatı Xidməti, Məlumat Hesablama Mərkəzi, “Azərpoçt” MMC və “Teleradio” İB-nin komandaları mübarizə aparıblar.
 
Dama oyunlarının yekun nəticəsinə əsasən, “Bakı Telefon Rabitəsi” MMC-nin komandası 80 xal toplayaraq I yerin qalibi olub.
 
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin komandası 60 xalla II pillədə, “Aztelekom” MMC-nin komandası 50 xalla III pillədə qərarlaşıb.
 
Qeyd edək ki, “Sağlamlıq – 2018” Respublika Spartakiadası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi,  Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin, “Spartak”  Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə