Spartakiadanın sonuncu yarışı keçirilib

15-02-2019 / 17:03

“Sağlamlıq – 2018” Respublika Spartakiadası çərçivəsində son olaraq stolüstü tennis oyunları keçirilib. Yarışda 30 nəfərdən ibarət 8 komanda iştirak edib.

Xeberler.az  bildirir ki, nəticələrə əsasən, komanda hesabında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin komandası fərqlənərək I yerin qalibi olub. Dövlət Radiotezliklər İdarəsinin komandası ikinciliyə, Məlumat Hesablama Mərkəzinin komandası üçüncülüyə layiq görülüb.

Şəxsi hesabda kişilər arasında I yeri Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşı Əliyev Emin, II yeri Məlumat Hesablama Mərkəzinin əməkdaşı Əkbərov İlqar, III yeri Dövlət Radiotezliklər İdarəsinin əməkdaşı Məmmədov Taleh tutub.

Şəxsi hesabda qadınlarda arasında isə birinciliyi “Azərpoçt” MMC-nin əməkdaşı Nəcəfova Şəfəq, ikinciliyi Məlumat Hesablama Mərkəzinin əməkdaşı Əlizadə Nəzrin, üçüncülüyü “Aztelekom” MMC-nin əməkdaşı Sadıqova Esmiralda qazanıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə