Spinner telefon

28-09-2017 / 14:46

Honkonqun Chilli International Holding (HK) Ltd şirkəti dünyada stress çarxına (spinner) malik ilk mobil telefon təqdim edib.

Xeberler.az NRYT-in elektron xəbər xidmətinə istinadən məlumat  verir ki, K188 modeli Hindistanda satışa çıxarılacaq. Sentyabrın sonundan etibarən yeni qurğu Amazon, Flipkart, ShopClues, PayTm internet mağazalarında, həmçinin ölkənin aparıcı pərakəndə şəbəkələrində əlçatan olacaq.

Adi telefon funksiyalarına malik K188 modeli 32 MB-lıq əməli və 32 MB-lıq daxili yaddaşla təchiz edilib.

microSD yaddaş kartı sayəsində daxili yaddaşı 8 QB-dək artırmaq mümkündür. Aparat multimedia funksiyalarını dəstəkləyir: fotoşəkillərə baxmaq, video izləmək, musiqi dinləmək. Qurğunu ehtiyat telefon və ya Bluetooth pleyer kimi istifadə etmək olar. İstehsalçının iddiasına görə, telefon stress vəziyyətlərində gərginliyi azaltmağa kömək edəcək.

Model 6 rəngdə (qara, göy, qırmızı, gümüşü, qızılı-çəhrayı və qızılı) əlçatandır. Hindistanda K188 modelinin pərakəndə qiyməti 18,3-19,8 ABŞ dolları təşkil edəcək.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə