Ssenarisi süni zəka tərəfindən yazılan ilk film-Video

11-06-2016 / 10:11

Süni zəka texnologiyası getdikcə artıq  insanlar kimi bir çox yaradıcı fəaliyyətlərə sahib olur. Məsələn, onlar da insanlar kimi rəsm çəkir, musiqi bəstələyir.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, bu dəfə süni zəka texnologiyası film çəkib.

Sunspring adında qısa filmin ssenarisi tamamilə süni zəka tərəfindən yazılıb.

Ars Technica üzərindən təqdim edilən filmin baş rolunda Silicon Valley  serialından tanıdığımız Thomas Middleditch var.

Qeyd edək ki, film elmi fantastik janrda çəkilib.

 Filmin əsl maraqlı tərəf isə ssenarisinin yazıldığı proqramın 1980 və 90-cı illlərə məxsus təşkil edilməsidir.

Benjamin adı verilən proqramı yazan isə New York Universitetində süni zəka araşdırmalar edən Ross Godwindir.

Filmin rejisorlarından Sharp bildirib ki, ssenaridə sözlər çətin olduğu üçün onu canlandıran  aktyorlara çox iş düşür. Çünki ssenarini dəfələrlə təkrarlamaq lazım gəlir.

 

Günel 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə