Standartlaşdırma üzrə “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitəsi yaradılıb

04-08-2008 / 06:07
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin (SMPDA) baş direktoru Ramiz Həsənovun birgə əmri ilə, standartlaşdırma üzrə “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitəsi (TK) yaradılıb.

Komitənin əsas məqsədi - informasiya-kommunikasiya texnologiyaları sahəsində beynəlxalq və regional standartlara uyğun milli standartların yaradılması, müvafiq tənzimləyici normativ sənədlərin işlənilməsi, onlardan istifadənin effektivliyinin artırılması, beynəlxalq və dövlətlərarası standartlaşdırma işlərində iştirak edilməsidir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) TK-nın baza təşkilatı kimi müəyyən olunub.

Texniki Komitənin sədri rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, sədr müavinləri - MHM-in direktoru Nail Mərdanov və SMPDA-nın Standartlaşdırma şöbəsinin müdiri Məzahir Səmədzadə, məsul katib isə MHM-in İnsan resursları və hüquq şöbəsinin müdiri Xalid Mikayılov təyin olunublar.

Qeyd edək ki, hazırda TK-ya üzv olacaq təşkilatların və nümayəndələrin siyahısı formalaşdırılır.

TK-nın fəaliyyətinə metodiki köməklik və əlaqələndirmənin təmin edilməsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Strateji planlaşdırma və elmi potensial şöbəsinə həvalə edilib.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR




sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.