Startap Azərbaycan Gəncədə tələbələrlə görüşəcək

15-03-2016 / 14:10

Startap Azərbaycan layihəsi çərçivəsində  Gəncədə  startap və İT biznes fəaliyyəti ilə maraqlanan gənclərlərlə görüş keçiriləcək.

Xeberler.az-ın məlumatına görə, sabah Gəncə Dövlət Univesitetində baş tutacaq görüşdə  Azərbaycanda startap ekosisteminin inkişafı, Startap Azərbaycan haqqında, startap müsabiqələri barədə gənclərə məlumat veriləcək.

Qeyd edək ki, görüşdə Startap Azərbaycan komandasının üzvləri, İT ekspertlər, startapçılar və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun nümayəndələri iştirak edəcəklər.

İT-in İnkişafı Dövlət Fondunun nümayəndələri də Dövlət Fondunun həyata keçirdiyi layihələr, qrant müsabiqələri və qarşıda gözlənilən tədbirlər haqqında danışacaq.

Qeyd edək ki, sabahkı görüşdə Gəncənin digər iki- Azərbayan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiyalar Universitetindən də tələbələr iştirak edəcək.

Startap Azərbaycan Layihəsinə  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ,  İT-nin İnkişafı Dövlət Fondu və Yüksək Texnologiyalar Parkı dəstək verir.
Startap Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir.  

ATL Group, SİNAM, Neuron Technologies, SUP Accelerator, NEXT STEP İnnovasiya Mərkəzi  və Cybernet şirkətləri  Startap Azərbaycan-a dəstək verir və sponsorluq edirlər.

 Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə