Startap Azərbaycan-ın Gəncədə tələbələrlə görüşü keçirilir-Fotolar

16-03-2016 / 15:36

Məlumat verdiyimiz kimi, bu gün Startap Azərbaycan Gəncədə tələbələrlə görüşür.

Görüşdə Startap Azərbaycan komandasının üzvləri, İT ekspertlər, startapçılar və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun nümayəndələri iştirak edir.

Startapçılar öz uğur hekayələrini gənclərlə bölüşür və onları bu sahə ilə maraqlandıran sualları cavablandırır. 

İT-in İnkişafı Dövlət Fondunun nümayəndələri də Dövlət Fondunun həyata keçirdiyi layihələr, qrant müsabiqələri və qarşıda gözlənilən tədbirlər haqqında danışır.

Tədbirdə Gəncənin digər iki-Azərbayan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiyalar Universitetindən də tələbələr iştirak edir.

Qeyd edək ki, Startap Azərbaycan Layihəsinə  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ,  İT-nin İnkişafı Dövlət Fondu və Yüksək Texnologiyalar Parkı dəstək verir.
Startap Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir.  

ATL Group, SİNAM, Neuron Technologies, SUP Accelerator, NEXT STEP İnnovasiya Mərkəzi  və Cybernet şirkətləri  Startap Azərbaycan-a dəstək verir və sponsorluq edirlər.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə