Startap Azərbaycan Mingəçevirdə gənclərlə görüşəcək

08-04-2016 / 13:51

Startap Azərbaycan layihəsi çərçivəsində bölgələrdə gənclərlə görüşlər davam edir.

Belə ki, bu dəfə Mingəçevirdə startap və İT biznes fəaliyyəti ilə maraqlanan gənclərlərlə görüş keçiriləcək.

Bu barədə Xeberler.az-a Startap Azərbaycan-ın Təşkilat Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, görüş aprelin 12-də Mingəçevir Dövlət Univesitetində baş tutacaq.

Tədbirdə Azərbaycanda startap ekosisteminin inkişafı, Startap Azərbaycan haqqında, startap müsabiqələri barədə gənclərə məlumat veriləcək.

Qeyd edək ki, görüşdə Startap Azərbaycan komandasının üzvləri, İT ekspertlər, startapçılar və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun nümayəndələri iştirak edəcək.

İT-in İnkişafı Dövlət Fondunun nümayəndələri də Dövlət Fondunun həyata keçirdiyi layihələr, qrant müsabiqələri və qarşıda gözlənilən tədbirlər haqqında danışacaq.

 Qeyd edək ki, görüşdə Mingəçevirdə fəaliyyət göstərən kolleclər və bu sahə ilə maraqlanan gənclər də iştirak edə biləcək.

Xatırladaq ki, ötən gün rabitə və yüksək texnologiyalar nazri Ramin Quluzadənin iştirakı ilə Mingəçevir Dövlət Universitetində Biznes İnkubator Mərkəzinin açılışı olub.

Startap Azərbaycan bundan əvvəl Gəncədə belə görüş təşkil edib.

Startap Azərbaycan Layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi , İT-nin İnkişafı Dövlət Fondu və Yüksək Texnologiyalar Parkı dəstək verir.

Startap Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir.

ATL Group, SİNAM, Neuron Technologies, SUP Accelerator, NEXT STEP İnnovasiya Mərkəzi və Cybernet şirkətləri Startap Azərbaycan-a dəstək verir və sponsorluq edirlər.

Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə