Startap Azərbaycan Mingəçevirdə tələbələrlə görüşüb-Fotolar

13-04-2016 / 10:54

Məlumat verdiyimiz kimi, dünən Mingəçevir şəhərində Startap Azərbaycan layihəsənin nümayəndələri tələbələrlə görüşüb.

Xeberler.az-ın məlumatına görə, tədbir Mingəçevir Dövlət Universitetində (MDU) baş tutub.

Görüşdə MDU-nun tələbələri və startap sahəsi ilə maraqlanan gənclər də iştirak edib. Tədbirdə Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz Startap Azərbaycan haqqında və ölkədə startap ekosisteminin inkişafı barədə məlumat verib.

O, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İT-nin İnkişafı Dövlət Fondu və digər rəsmi qurumlar və şirkətlər tərəfindən dəstəklənən Startap Azərbaycan layihəsinin əsas məqsədləri, layihə çərçivəsində hazırda davam edən müsabiqə qaydaları, Startap Günləri haqqında danışıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İT-in İnkişafı Dövlət Fondunun layihələr üzrə iş sektorunun müdiri Əkbər Abbasov çıxış edərək Dövlət Fondunun həyata keçirdiyi layihələr, qrant müsabiqələri və qarşıda gözlənilən tədbirlər haqqında məlumat verib. Əkbər Abbasov layihələrin qrant müsabiqəsində iştirakı ilə bağlı məqamlara məqamlara aydınlıq gətirib.

Görüşdə həmçinin ölkədə tanınmış startapçılar və İT sahəsi üzrə mütəxəssislər , startapçı Orxan Əhmədov, startapçı, AMEA Elm və Texnologiya Parkının aparıcı mütəxəssisi Rəşid Əliyev və elektron ticarət üzrə mütəxəssis, Shopera.az –ın təmsilçisi Rəşad Camal çıxış edərək öz təcrübələri və startap sahəsindəki mövcud trendlərlə, elektron ticarət sahəsindəki vəziyyətlə bağlı fikirlərini tələbələrlə bölüşüb.

Görüşdə Mingəçevir Media Mərkəzinin rəhbəri Fərman Nəbiyev, universitet rəhbərliyinin, professor müəllim heyətinin nümayəndələri, xüsusilə də tələbələr çıxış edərək onları maraqlandıran sualları səsləndiriblər.

 Toplantı diskussiya və tələbələrin sual-cavabları ilə davam edib.

Tədbirlə bağlı bütün fotolar Startap Azərbaycan-ın rəsmi Facebook səhifəsində yerləşdirilib.

Startap Azərbaycan Layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi , İT-nin İnkişafı Dövlət Fondu və Yüksək Texnologiyalar Parkı dəstək verir.

Startap Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir.

ATL Group, SİNAM, Neuron Technologies, SUP Accelerator, NEXT STEP İnnovasiya Mərkəzi və Cybernet şirkətləri Startap Azərbaycan-a dəstək verir və sponsorluq edirlər.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə