Startap Azərbaycan portalı və vaxt istifadəyə veriləcək?

24-01-2017 / 16:30

Məlumat verdiyimiz kimi, Azərbaycanın Startap Portalı yaradılır.

Belə ki, portal ölkədə startap hərəkatının bünövrəsini qoyan, startap infrastrukturun fromalaşmasında mühüm rol oynayan Startap Azərbaycan Respublika müsabiqəsinin, Startap Günləri resurslarının bazasında yaradılacaq.

Layihə rəhbərliyindən Xeberler.az-a verilən məlumata görə, hazırda yeni saytın yaradılması üzərində işlər davam edir.

Qeyd edilib ki, qlobal və yerli bazarda trendləri analiz edərək startapları yönəldən, onlara müxtəlif formada dəstək verən, investorlarlar və startaplar arasında bir platforma olan Startup.az resursunun yeni versiyası martın əvvələrində istifadəyə veriləcək.

Məlumata görə, hazırda portalın məlumat bazasına ölkədəki bütün startaplar və inkubasiya, texnopark, İT mərkəzlərin məlumatları toplanır.

Qeyd edək ki, portalda mühüm yeniliklərdən biri isə Azərbaycan startaplarının bazasının yaradılmasıdır.

Belə ki, tətbiq olunacaq funksional hər bir startapın öz profilini yaradaraq, fəaliyyət istiqaməti, təsisçilər, tələb olunan investisiya həcmi və s. məlumatları yerləşdirmək imkanı verəcək.

Portalda gözlənilən yeniliklər barədə daha ətraflı buradan məlumat əldə bilərsiniz.

Təşkilat Komitəsi elan edir ki, yeni saytla bağlı təklifi olan şəxslər bu rəyləri Startap Azərbaycan-na ünvanlaya bilər.

Qeyd edək ki, portal Startap Azərbaycanın rəsmi resursu olan Startup.az ünvanında fəaliyyət göstərəcək.

Layihə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun dəstəyi ilə yaradılır.

Portal 2 dildə- Azərbaycan və ingilis dillərində fəaliyyət göstərəcək.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə