Startap Azərbaycan yekun tədbirlərinin vaxtı məlum oldu

23-05-2016 / 14:52

İyunun 1-də Holiday İnn otelində Startap Azərbaycan 2016 müsabiqəsinin yekun təqdimat mərasimi və ənənəvi Startap Azərbaycan Milli Konfransı keçiriləcək.

Konfransın mövzusu isə “Azərbaycanın startap mühiti (ekosistemi) : problemlər və perspektivlər“ olacaq.

Startap Azərbaycan-ın Təşkilat Komitəsindən Xeberler.az-a verilən məlumata görə, “Azərbaycanın startap mühiti (ekosistemi) : problemlər və perspektivlər” konfransının proqramı artıq hazırdır.

Yekun təqdimat mərasimində Startap Azərbaycan 2016 layihəsinin yekunları və milli startap müsabiqəsinin nəticələri haqqında təqdimatlar olacaq.

Həmçinin müsabiqəsinin qalibləri elan olunacaq, onlara mükafatlar və qiymətli hədiyyələr təqdim olunacaq.

Qaliblərin qısa müddətli təqdimatları da nəzərdə tutulub.

Təşkilat Komitəsindən verilən məlumata görə, artıq konfrans iştirakçılarına da dəvətnamələr göndərilməyə başlanıb.

Qeyd edək ki, yekun təbirlərədək daha bir Startap Azərbaycan tədbiri gözlənilir.

Belə ki, mayın 26-da Startap Azərbaycan 2016 yarımfinalçılarının 2-ci qiymətləndirilməsi olacaq. Yüksək Texnologiyalar Parkında baş tutacaq tədbirdə 10 yarımfinalçı komanda ekspertlər qarşısnda təqdimatlar edəcək.

Ekspertlərin qiymətləndriməsi əsasında qaliblər müəyyənləşəcək.

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə