Startap Günləri bitdi-Qaliblər

07-04-2018 / 19:36

Məlumat verdiyimiz kimi, Azərbaycan Texniki Universitetində (AzTU) növbəti Startap Günləri keçirilib.

Xeberler.az bildirir ki, 2 gün davam edən tədbir bu gün başa çatıb.

Dünən AzTU-da tədbirin açılış mərasimi keçirilib.

Açılış mərasimində Startap Azərbaycan Təşkilatının rəhbəri Osman Gündüz, AzTU-nun rektor əvəzi Xalıq Yahudov, İT-nin İnkişafı Dövlət Fondunun direktoru Elçin Zeynalov, Yüksək Texnologiyalar Parkının rəsmisi Tural Qubadov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar departamentinin rəhbəri Şəbnəm Məmmədzadə və digərləri çıxış edib.

Tədbirə digər universitetlərin tələbələri və nümayəndələri də qatılıb.

Daha sonra ekpsert və mentorların dəstəyi ilə iştirakçılar tərəfindən yeni biznes - ideyaların irəli sürülməsi, bunun müzakirəsi və ideyaların yarışı başlayıb.

Bu mərhələdə tələbələr 25-ə yaxın ideya səsləndirib. Daha sonra ən yaxşı 5 ideya seçilib.

Qalib ideyalar ətrafında komandalar formalaşırılıb və komandalar işə başlayıb. Startap Azərbaycan-ın ekspertləri və mentorları komandalara öz tövsiylərini verib.

Bu gün səhər saatlarından komandalar öz eskpert və mentorların yardımı ilə layihələri üzərində işlərə başlayıb və axşama qədər fəaliyyətlərini davam etdiriblər

Həmçinin, komandalar üçün təlimlər də təşkil edilib. Belə ki, startap sektorunda yaxından tanıdığımız, son günlərin ən uğurlu startapı Keepface-in həmtəsisçilərindən Elşad Yusifli , startapçı Orxan Əhmədovun moderatorluğu ilə İnternet biznesə yeni başlayanlar üçün təlim keçirilib.

Onlar komandalara layihələrinin prototiplərinin hazırlanması, komanda formasında fəaliyyət, layihələrin təqdimatı zamanı diqqət etməli olduğu vacib məqamlar barədə məlumat verilib.

Komandalar eskpert və mentorların dəstəyi ilə layihələrinin təqdimat forması üzərində işləməyi öyrənib. Günün sonuna qədər komandalar layihələr üzərində fəaliyyəti davam etdirib.

Onu da bildirək ki, AzTU-nun rektor əvəzi Xalıq Yahudov komandalarla görüşərək onların layihələri ilə yaxından maraqlanıb.

Komanda rəhbərləri layihələri barədə Xalıq Yahudova qısa məlumat verib.

Bu gün Startap Günlərinin yekun mərhələsi keçirilib və qalib komandalar müəyyən edilib.

Komandalar hazırladıqları layihələrin ekspertlər qarşısında 3 dəqiqəlik təqdimatını edib. Dünən Startap Günlərində yekunda bu layihələrin yarışması təşkil olunub və peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilib.

5 komanda arasından qaliblər elan edilib. Belə ki, 1-ci yerə “Smart Makeup” (bu mobil proqram ilə üzünüzə yaraşan makiyajı müəyyən edə biləcəksiniz),  2-ci yerə “ E-diagnose” (bu mobil tətbiq xəstəliyin öncən müəyyən olunmasını təmin edir), 3-cü yerə isə “Asfalt enerji” (maşının ağırlıq qüəvvəsini elektrik enerjisinə çevirir) layihəsi görülüb.

Qaliblərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Texniki Universitetin, eləcə də təşkilatçıların qiymətli hədiyyələri, diplomlar və sertifikatlar təqdim olunub.

Belə ki, 1-ci yerin sahibi olan komandanın hər bir üzvü AzTU tərəfindən 150 manat hədiyyə ilə təltif edilib. 2-ci yerə 100 AZN, 3-cü yerə isə 70 AZN hədiyyə təqdim edilib.

Startap Günlərinin keçirilməsində məqsəd ölkədə milli startap infrastrukturunu inkişaf etdirmək, yeni startapların yaradılmasına kömək etmək, bu istiqamətdə onlara informasiya-metodiki dəstək vermək və startapçılar arasında əlaqələri gücləndirməkdən ibarətdir.

Startap Günləri Startap Azərbaycan və AzTU-nun təşkilatçılığı ilə keçirilib. Layihəyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, YTP və İT-nin İnkişafı Dövlət Fondu dəstək verir.

 

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə