Startap Günləri çərçivəsində konfrans və təlimlər keçiriləcək

23-11-2016 / 14:39

Məlumat verdiyimiz kimi, noyabrın 25-də  Gəncədə geniş miqyasılı startap tədbirlərinin keçirilməsi nəzərdə tutulur.

Belə ki, Startap Azərbaycan və ASAN Könüllüləri qurumu Gəncədə bir neçə startap tədbirləri həyata keçirməyə hazırlaşır. Startap Azərbaycanın və ASAN Könüllüləri Təşkilatının birgə təşkilatçılığı ilə 25 -30 noyabrda Gəncədə “Azərbaycan Startup Festivalı” təşkil olunacaq.

Festival çərçivəsində Startap Azərbaycan tərəfindən Startap Günləri və "ASAN Könüllüləri" tərəfindən “1-ci Beynəlxalq Startup Akademiyası: Gəncə 2016” və digər tədbirlərin keçirilməsi planlaşdırılır.

Startap Günləri çərçivəsində “Regionlarda startapların inkişafı : problemlər və perspektivlər. ” mövzusunda konfrans keçiriləcək.

Bu barədə Xeberler.az-a Təşkilat Komitəsindən bildirilib.

Məlumatda qeyd edilib ki, konfransda regionlarda startap infrastrukturun formalaşması, yeni  startapların investisiya əldə etməsi yolaları, milli starauplar üçün  ilkin investisiya mənbələri: dövlət, özəl və fiziki şəxslər ( angel) tərəfindən startaplara dəstək  və yeni startapların yaranmasında biznes inkubatorların, texnoparkların və  universitetlərin rolu  ilə bağlı müzakirələr aparılacaq. 

Qeyd edək ki, konfransda dövlət qurumlarının, Gəncədəki universitetlərin  məsul şəxslərinin, İT ekspertlərin iştirakı ilə çıxışlar və müzakirələr olacaq.

Gəncədəki Startap Günlərində iştirakçılar üçün eskpert və mentorlar tərəfindən təlimlər də təşkil ediləcək.

Belə ki, Günlər çərçivəsində İnternet biznesə yeni başlayanlar üçün təlim keçiriləcək.

Startap Günləri Startap Azərbaycan çərçivəsində keçirilir.

Startap Azərbaycan layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Yüksək Texnologiyalar Parkı , İT-nin İnkişafına Dəstək Dövlət Fondu, Neuron Technologies, SİNAM və Lenovo şirkətləri dəstək veirir.

Bu barədə daha ətraflı Startap Azərbaycan rəsmi saytındakı Startap Günləri bölməsindən məlumat əldə edə bilərsiniz.

Püstə Malasova


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.