Startap Günlərində iştirak etməklə nə qazanacaqsınız?

23-11-2016 / 14:19

Məlumat verdiyimiz kimi, noyabrın 25-də  Gəncədə geniş miqyasılı startap tədbirlərinin keçirilməsi nəzərdə tutulur.

Belə ki, Startap Azərbaycan və ASAN Könüllüləri qurumu Gəncədə bir neçə startap tədbirləri həyata keçirməyə hazırlaşır. Startap Azərbaycanın və ASAN Könüllüləri Təşkilatının birgə təşkilatçılığı ilə 25 -30 noyabrda Gəncədə “Azərbaycan Startup Festivalı” təşkil olunacaq.

Festival çərçivəsində Startap Azərbaycan tərəfindən Startap Günləri və "ASAN Könüllüləri" tərəfindən “1-ci Beynəlxalq Startup Akademiyası: Gəncə 2016” və digər tədbirlərin keçirilməsi planlaşdırılır.

Startap Günlərində iştirakçılar nə qazanacaq?

Təşkilat Komitəsindən verilən məlumata görə,  Günlərdə iştirak edənlər aşağdakı imkanları qazanacaq:

-  Öz ideaynızı dəyərləndirmək və  gerçəkləşdirmək imkanı

-  Tanınmış startap nümayəndələri ilə əlaqələr qurmaq imkanı

-  Maraqlı insanlarla tanışlıqlar və gələcək əməkdaşlıqlar

-  Komanda formalaşdırmaq

-  Təlimlər vasitəsilə yeni bilgilər və bacarıqlar  əldə edirsiniz

-  Heç bir xərc çəkmədən gələcək karyeranız üçün fürsət əldə edirsiniz

-  Müsabiqələrdə iştirak etməklə layihələrinizin tanıtımını həyata keçirirsiniz

Qeyd edək ki, Startap Günlərində qaliblərə Neuron Technologies, SİNAM və Lenovo şirkətlərinin qiymətli hədiyyələri  və Startap Azərbaycan-ın sertifikat və diplomları təqdim ediləcək.

Startap Günləri Startap Azərbaycan çərçivəsində keçirilir.

Startap Azərbaycan layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Yüksək Texnologiyalar Parkı , İT-nin İnkişafına Dəstək Dövlət Fondu, Neuron Technologies, SİNAM və Lenovo şirkətləri dəstək veirir.

Bu barədə daha ətraflı Startap Azərbaycan rəsmi saytındakı Startap Günləri bölməsindən məlumat əldə edə bilərsiniz.

Xeberler.az

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.