Startap Günlərinə hazırlıqla bağlı görüş keçirilib

26-06-2018 / 16:24

Məlumat verdiyimiz kimi növbəti Startap Günləri Texnika və Texnologiyalar üzrə Bakı Peşə Təhsil Mərkəzində (BPMTT) keçiriləcək.

Belə ki, Startap Günləri iyunun 29-30-da keçiriləcək.

Hazırda Startap Günlərinə hazırlıqlar davam edir.

Xeberler.az-ın məlumatına görə, bu gün BPMTT-də Startap Günlərinə hazırlıqlarla bağlı tələbələrlə görüş keçirilib.

Görüşdə Startap Azərbaycan Təşkilat Komitəsinin ekspertləri Osman Gündüz, Rəşad Əliyev, BPMTT-in müəllim, tələbə heyəti iştirak edib.

Sartap Azərbaycanın təşkilat komitəsinin üzvü, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Startap Günlərində iştirak edəcək tələbələrə layihə ilə bağlı geniş məlumat verib.

Osman Gündüz çıxışında bildirib ki, Startap Günlərində əvvəlcə innovativ ideyaların yarışması olacaq:

“Yarışmada qalib gələn ideyalar ətrafında komandalar formalaşdırılacaq. Komandalara mentor dəstəyi təşkil olunacaq, təlimlər keçiriləcək. Daha sonra həmin komandalar ideyalarını biznes plana çevirərək münsiflər heyyətinə təqdim edəcəklər”.

Startap Azərbaycanın təşkilat komitəsinin üzvü, ekspert Rəşad Əliyev isə Startap Günlərində iştirak edəcək tələbələrə öz təcrübələrindən bəhs edib. Rəşad Əliyev ideyaların startapa necə çevrilməsi, həmçinin bunun metodları, komanda formalaşdırmağın önəmi haqqında tələbələrə geniş məlumat verib.

Sonda ekspertlər işçi qrupun üzvlərinin və tələbələrin suallarını cavablandırıblar.

Startap Günləri Startap Azərbaycan və BPMTT təşkilatçılığı ilə keçiriləcək. Layihəyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, YTP və İT-nin İnkişaı Dövlət fondu dəstək verir.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.