Startap Günlərinə qeydiyyat başlayıb

19-10-2015 / 12:06

 Bu il  Startap Günləri noyabrın 6-da Yüksək Texnologiyalar Parkında başlayacaq.

Bu barədə Xeberler.az-a Startap Azərbaycan Təşkilat Komitəsindən məlumat verilib .

Komitədən bildirilib  ki, Startap Günləri 3 gün  davam edəcək.

Artıq Startap Günlərinə qeydiyyat başlayıb.

Qeyd edək ki, Startap Günləri çərçivəsində konfrans və  yeni başlayan startapçılar üçün beynəlxalq ekspertin iştirakı ilə təlimlər keçiriləcək.

Startap Günlərinin əsas tədbirlərindən biri də startapçıların  biznes ideyalarının və yeni internet layihələrinin ilkin variantlarının yarışması olacaq.

Günlər çərçivəsində beynəlxalq səfərlərdə və beynəlxalq tədbirlərdə iştirak edən  yerli startap sahiblərinin  yeni başlayan, internet biznesə maraq göstərən gənclərlə görüşləri təşkil olunacaq.

Startap Günlərində  startapçılar  innovativ biznes ideyalar ətrafında komandalar formalaşdıracaq,  mentorların və ekspertlərin köməyi ilə yeni startap layihələrinin ilkin variantlarını hazırlayacaqlar. Yekunda  bu layihələrin təqdimatları və  yarışması təşkil olunacaq.  Peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. 
Qaliblərə və fərqlənənlərə təşkilatçıların və sponsorların qiymətli hədiyyələri, diplomlar və sertifikatlar təqdim olunacaq.

Layihəyə  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İT-nin İnkişafı Dövlət Fondu,  Yüksək Texnologiyalar Parkı , Baku Business Factory ( BBF) , SİNAM şirkəti, Bakcell və Xəzər  Vençur (Khazar Ventures) şirkəti dəstək  verir.

Startap Günlərinin keçirilməsində məqsəd ölkədə yeni startapların yaradılmasına kömək etmək və bu istiqamətdə onlara informasiya-metodiki  dəstək vermək,  internet biznesin inkişafına təkan vermək və milli startap infrastrukturunu inkişaf etdirməkdən ibarətdir.

Startap Günlərində  iştirak qaydaları ilə  bağlı daha ətraflı  buradan məlumat əldə edə bilərsiniz.

Məltəm  Talıbzadə

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.