Startap Günlərinin ilk günündə nələr oldu?-Foto

06-04-2018 / 18:20

Hazırda Azərbaycan Texniki Universitetində (AzTU) növbəti Startap Günləri keçirilir.

Xeberler.az bildirir ki,  AzTU-da tədbirin açılış mərasimi keçirilir.

Tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN), İT-nin İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı və digər qurumların nümayəndələri, ekspertlər iştirak edib.

Açılış mərasimində çıxış edən Startap Azərbaycan Təşkilatının rəhbəri Osman Gündüz, AzTU-nun rektor əvəzi Xalıq Yahudov, İT-nin İnkişafı Dövlət Fondunun direktoru Elçin Zeynalov, Yüksək Texnologiyalar Parkının rəsmisi Tural Qubadov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar departamentinin rəhbəri Şəbnəm Məmmədzadə və digərləri çıxış edib.

Tədbirdə digər universitetlərin tələbələri və nümayəndələri də qatılıb.

Daha sonra ekpsert və mentorların dəstəyi ilə iştirakçılar tərəfindən yeni biznes - ideyaların irəli sürülməsi, bunun müzakirəsi və ideyaların yarışı başlayıb.

Bu mərhələdə tələbələr 26-ya yaxın ideya səsləndirib.

Daha sonra auditoriya və ekspertlərin qiymətləndirməsi ilə ən yaxşı 5 ideya seçilib. Qalib ideyalar ətrafında komandalar formalaşırılıb və komandalar işə başlayıb.

Qalib gələn ideyalar-formalaşdırılmış komandalar barədə ətraflı məlumat təqdim edirik:

Smart Make-up – Bu mobil proqram ilə üzünüzə yaraşan makiyajı müəyyən edə biləcəksiniz.

Asfalt Enerji- Maşının ağırlıq qüəvvəsini elektrik enerjisinə çevirir.

Avto-Hibrid- Ekologiyanı qorumaq, yanacaq sərfinini azaltmaq və enerji bərpası

Help Wallet- Gözdən əllil insanlar üçün elektron pul qabıdır. Bu mobil proqram ilə gözdən əlil insanlar ödənişləri rahat formada həyata keçirir

E-diagnose- Bu mobil tətbiq xəstəliyin öncən müəyyən olunmasını təmin edir

Startap Azərbaycan-ın ekspertləri komandalara öz tövsiylərini verib.

Qeyd edək ki, sabah, Startap Günlərinin ikinci günündə Universitetin yeni başlayan startapçıları üçün ekspertlərin iştirakı ilə təlimlər keçiriləcək. Startap komadadaları layihələrin tamamlanması üzrə işləri davam etdirəcək. Bu işdə onlara mentor və ekspertlər kömək edəcək.

Yekunda bu layihələrin münsiflər qarşısında təqdimatları və yarışı təşkil olunacaq. Layihələr peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Qaliblərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Texniki Universitetin, eləcə də təşkilatçıların qiymətli hədiyyələri, diplomlar və sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, Startap Günlərinin keçirilməsində məqsəd ölkədə milli startap infrastrukturunu inkişaf etdirmək, yeni startapların yaradılmasına kömək etmək, bu istiqamətdə onlara informasiya-metodiki dəstək vermək və startapçılar arasında əlaqələri gücləndirməkdən ibarətdir.

Startap Günləri Startap Azərbaycan və AzTU-nun təşkilatçılığı ilə keçirilir. Layihəyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, YTP və İT-nin İnkişafı Dövlət Fondu dəstək verir.

 

 

 

Günel İlqar

Elşən Abdulkərimov


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə