Startap Günlərinin qalib komandası Fabrika-da fəaliyyət göstərəcək

30-11-2015 / 12:14

Məlumat verdiyimiz kimi, Azərbaycanda Startap Günləri 2015 keçirildi.

Günlərin qalibləri arasında Banging Games komandası da var idi. Belə ki, bu layihə 2-ci yerə layiq görülmüşdü.

Banging tanks müxtəlif yaşlı istifadəçilər üçün nəzərdə tutulmuş oyundur. İstifadəçinin bu oyunu metroda, yolda gedərkən rahatlıqla oynaya bilməsi və asan istifadəsi üçün yaradılıb. Gələcəkdə oyunun dizaynı və funksiyaları daha da təkmilləşdiriləcək.

Xeberler.az-ın məlumatına görə, Banging tanks komandasına artıq  Fabrika kovorkinq mərkəzində yer ayrılıb. Belə ki, komanda artıq bundan sonra Fabrika-da fəaliyyət göstərəcək.

Bakı şəhərinin mərkəzində  yerləşən Fabrika  yeni və maraqlı iş şəraitində çalışmaq imkanları təqdim edir.

Fabrika müxtəlif sahələrdə ixtisaslaşmış insanlarla tanışlıq mərkəzi, yeni biznes ideyaları yaratmaq üçün xüsusi  məkan və müştərilərlə rahat görüşmək üçün şərait  yaradır.

Mərkəzlə bağlı daha ətraflı burada 

Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə