Startap komandaları üçün təlimlər başa çatdı

11-04-2015 / 14:25

Bu gün Startap Azərbaycanın təşkilatçılığı ilə  “Startap Azərbaycan  2015“ müsabiqəsində iştirak edən startap komandaları üçün Yüksək  Texnologiyalar parkında təlim keçirilib.

Xəbərlər-in məlumatına görə, təlim startap  mütəxəssislərinin iştirakı ilə davam etdirilib.

Təlimin 2-ci hissəsində  İT mütəxəssislər, startap sahibləri  Orxan ƏhmədovRəşid Əliyev də təlimdə startapların inkişafı istiqamətində yerli və beynəlxalq təcrübələrini paylaşıblar.

Əvvəllər ölkəmizdə müxtəlif İT strukturlarda işləyən, artıq uzun müddətdir ki, ABŞ-da İnternet biznes sahəsində çalışan Qərib Mehdiyev də tədbirdə startap komandalrına  öz təcrübələrindən danışıb.

Qeyd edək ki, təlimdə  müsabiqəyə qatılan startap komandalarının startap sahəsində bilik və bacarıqlarının artırılması,  komandaların  biznes planını  hazırlamaq, komanda formalaşdırmaq bacarıqları ilə bağlı müzakirələr olub.

Təlimdə həmçinin  startap layihələrinə investor axtarışı istiqamətində də komandalarla təcrübələr bölüşülüb.
Təlimin 1-ci hissəsində beynəlxalq eskpert,  Be Smart-ın sabiq icraçı direktoru Alex Apetrei  “Biznes – ideyalar”, “ Biznes planların tərtib edilməsi “, “İnvestor axtarışı” mövzusunda təlim keçib

 

Məltəm Talıbzadə 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.