Startap layihələrimiz Britaniya şirkətinə təqdim olunacaq

04-04-2016 / 12:10

Startap layihələrimz Britaniya şirkəti qarşısında təqdimat edəcək.

Məlumat  verdiyimiz kimi, bir müddət əvvəl Bakcell şirkəti AppLab innovativ mobil developer layihəsi çərçivəsində  Böyük Britaniyanın Wayra UK, Telefonica OpenFuture rəqəmsal sürətləndirmə proqramı ilə Azərbaycanda startaplara dəstək məqsədilə müqavilə imzaladı.

Qeyd etdiyimiz kimi, Bakcell Wayra UK, ilə əməkdaşlıq çərçivəsində  mobil developer layihəsi ilə bağlı startaplar üçün böyük tədbir təşkil etməyə hazırlaşır.

Sözügedən Wayra Pitch Day tədbiri bu gün saat 15:30-da  Yüksək Texnologiyalar Parkında (YTP) baş tutacaq.

Pitch Day-də 11 layihəmiz-FlapusQuizMindUpBraille Pad, Alkredit.azFoodLookKvotterUstam,MobChannelSpinal, ShrippyTradimum  iştirak edəcək. 

Qeyd edək ki, seçilmiş ideyalar və layihələr AppLab-ın akselerasiya proqramında iştirak etməyə dəvət olunacaq və bu, onların Wayra UK tərəfindən maliyyələşdirilməsinə potensial imkan yaradacaq.

Wayra şirkəti  hər seçilmiş layihəyə investisiyaları 50 min dollar dəyərində yatırım edəcək.

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə