Startap layihələrimiz “ITU Telecom World 2015 Award” müsabiqəsində yarışır

14-10-2015 / 13:05

Məlumat verdiyimiz kimi, hazırda Budapeştdə (Macarıstan) Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən xüsusiləşmiş təsisatı - Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkilatçılığı ilə "ITU Telecom World 2015” sərgisi keçirilir.

Xeberler.az-ın məlumatına görə, hazırda sərgidə startap layihələrin "ITU Telecom World 2015 Award" müsabiqəsi keçirilir.

Ölkəmizi bu müsabiqədə Spinal layihəsi təmsil edir.

Ötən gün müsabiqənin münsiflər heyəti layihə komandası ilə görüşüb və komandamız bu gün müsabiqənin finalında iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, müxtəlif ölkələrdən olan 17  startap arasından qalib layihə seçiləcək.

 Bu gün layihələrin  yekun təqdimatı  olacaq və qalib layihə elan olunacaq. Hər layihəyə çıxış üçün 3 dəqiqə vaxt ayrılıb. 

Bununla yanaşı, sərgidə digər iki yerli startapımız- BethClip və WeTarvel layihəsi də iştirakçılar tərəfindən seçilib və müsabiqədə  iştirak edirlər.

Xatırladaq ki,  Spinal layihəsi  iyul ayının 27-31-də Sietlda (ABŞ) “Microsoft Imagine Cup 2015” “İnnovasiya” nominasiyası üzrə ikinci yerə çıxıb.

Spinal qurğusu onurğa sütunun vəziyyətinə nəzarət edən ötürücü dəstindən ibarətdir. İnsan onurğa sütununa mənfi təsir göstərən vəziyyətdə oturduqda Bluetooth modulu vasitəsi ilə Windows Phone əməliyyat sistemi üzərində işləyən smartfona siqnallar daxil olur.

Məltəm Talıbzadə  


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.