Startap layihəmiz beynəlxalq müsabiqədə sertifikata layiq görüldü

15-10-2015 / 20:07

Məlumat verdiyimiz kimi, hazırda Budapeştdə (Macarıstan) Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən xüsusiləşmiş təsisatı - Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkilatçılığı ilə “ITU Telecom World 2015” sərgisi keçirilirdi.

Bu gün artıq tədbir başa çatıb.

Xəbər verdiyimiz kimi, sərgidə startap layihələrin “ITU Telecom World 2015 Award" müsabiqəsi baş tutub.

Xeberler.az-ın məlumatına görə, Rəşid Əliyevin rəhbəri olduğu BethClip layihəsi finalda  mobil telefonlar üçün xüsusi proqram təminatı üzrə  “Ən yaxşı kiçik və orta sahibkar qurum” nominasiyası üzrə sertifikata layiq görülüb.

Qeyd edək ki, bu nonminasiya üzrə bütün pavilyanlordan iştirakçılar tərəfindən seçilən layihələrdən  10-u  bu sertifikata layiq görülüb.

 “ITU Telecom World 2015 Award" müsabiqəsini münsifləri tərəfindən seçilən , finala qədər gələn  Spinal layihəmiz isə   17 startapla mübarizə aparıb və yer tuta  bilməyib.

 

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə