Startap layihəmizdən daha bir yenilik

31-01-2017 / 13:48

Məlumat verdiyimiz kimi, bir müddət öncə Azərbaycanda bədii ədəbiyyatları elektron formatda tez və rahat oxumağa imkan verən yeni internet layihəsi- Readit saytı fəaliyyətə  başladı.

Startap layihəsi daha bir yenilik edib.

Layihə komandasından Xeberler.az-a verilən məlumata görə, öncə abunə formatında çalışan servis artıq bu aydan ayrı-ayrı kitabların qısa məzmununu satışa çıxardıb.

Qeyd edilib ki, artıq istədiyiniz kitabın qısa məzmununu cəmi 0.99 AZN-ə əldə edə bilərsiniz.

Komandanın məlumatında bildirilib ki, servisin ən böyük üstünlüyü ondan ibarətdir ki, Azərbaycan dilində heç vaxt dərc olunmayan kitabları ana dilimizdə və qısa məzmunda oxuculara təqdim edir.

Məsələn, “Bir dəfə Şimali Koreyada” kitabı azərbaycan dilində dərc olunmayıb, lakin dünyada ən çox oxunan kitablar siyahısına daxildir. Readit.az məhz dünyada ən çox satılan kitabların arasında oxunması ən vacib olan kitabları seçərək qısa məzmunda öz oxucularına çatdırır.

Readit.az layihəsində təqdim olunan kateqoriyalara əsaslanaraq deyə bilərik ki, xidmət ilk növbədə, bütün menecer və rəhbərlər, sahibkarlar, şirkətlər və müvafiq profilli ali məktəb tələbələri üçün nəzərdə tutulub.

 Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə