Startap müsabiqələri keçirilir

17-07-2015 / 12:21

Avqustun 7-də ADA Universitetində startap müsabiqəsi keçiriləcək. 50-dən çox ölkədə müsabiqə təşkil edən Seedstars World  Azərbaycana gəlir.

Xeberler.az-ın məlumatına görə, İsveçrənin Seedstars World şirkətinin təşkil etdiyi  startap müsabiqəsinə seçilən 12 ən yaxşı startap layihəsi öz təqdimatlarını yerli və xarici münsiflərin qarşısında təqdim etmək imkanı qazanacaq.

Qeyd edək ki, Dünya Startap Yarışmasının finalında iştirak etmək, Avropa və dünya investorları qarşısında layihələrini təqdim edərək 500 min dollara qədər investisiya almaq imkanı qazana bilər.

Qaliblər 2016-ci ilin fevral ayında İsveçrədə keçiriləcək yekun yarışmada-finalında iştirak edəcəklər.

Müraciətlər üçün son tarix 24 iyuldur.
Ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

İrlandiya isə Competitive Start Fund - Mobile Entrepreneurs müsabiqəsi elan edir. Qeyd edilir ki, yerli və xarici bazarda aktiv olan mobil sahibkarlar öz layihələrini avqustun 26-dan sentyabrın 9-na qədər müsabiqəyə təqdim edə bilər.

Qeyd edək ki, İrlandiya xaricdə yaşayan  innovativ startaplar  üçün belə müsabiqə ela edir. İrlandiya  dünyanın müxtəlif ölkələrindən uğurlu startapları bu  ölkəyə  cəlb etmək və  onların İrlandiyada yaşamasını istəyir.

Bunun üçün müsabiqədə qalib gələn  10 startap sirkəti  10 faiz səhm qarşılığında 50,000 avro  investisiya alacaq. Bununla yanaşı,  mentor dəstəyi  də əldə edə biləcək. Qalib gələn startapların  daimi viza və İrlandiyaya  köçmələri  üçün də  şərait yaradılacaq. Ətraflı məlumat burada

Məltəm Talıbzadə 

 

 

ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.