Startapçılarımız beynəlxalq müsabiqənin finalına hazırlaşır

15-10-2015 / 10:38

Məlumat verdiyimiz kimi, hazırda Budapeştdə (Macarıstan) Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən xüsusiləşmiş təsisatı - Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkilatçılığı ilə “ITU Telecom World 2015” sərgisi keçirilir.

Xeberler.az-ın məlumatına görə, sərgidə startap layihələrin “ITU Telecom World 2015 Award" müsabiqəsi keçirilir.

Ölkəmizi bu müsabiqədə Spinal layihəsi təmsil edir.

Müsabiqənin münsiflər heyəti layihə komandası ilə görüşüb və komandamız  müsabiqənin finalında iştirak etmək hüququ qazanıb.

Hər layihəyə çıxış üçün 3 dəqiqə vaxt ayrılıb. Dünən Spinal layihəsi münsiflər heyəti qarşısında  layihələrini təqdim edib.

Qeyd edək ki, bu gün layihələrin  yekun təqdimatı  olacaq və qalib layihə elan olunacaq.  Spinal  komandası yerli vaxtla  17:30-da çıxış edəcək.

Qeyd edək ki, müxtəlif ölkələrdən olan 17  startap arasından qalib bir layihə seçiləcək.  

Qalib layihəyə pul  mükafatı və mentor dəstəyi veriləcək. 

Bununla yanaşı, sərgidə digər iki yerli startapımız- BethClip və WeTarvel layihəsi də iştirakçılar tərəfindən seçilib və müsabiqədə  iştirak edirlər.

BethClip layihəsi də finalda yarışmaq  hüququ qazanıb. Belə ki, Rəşid Əliyevin rəhbəri olduğu layihə mobil telefonlar üçün xüsusi proqram təminatı üzrə  “Ən yaxşı kiçik və orta sahibkarlar” nominasiya üzrə finala çıxıb.

 

Məltəm Talıbzadə 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.