Startapçılarımız beynəlxalq tədbirdə ölkəmizi təmsil edəcək

14-10-2016 / 15:42

Startapçılarımız beynəlxalq tədbirdə ölkəmizi təmsil edəcək.

Xeberler.az-ın məlumatına görə, dünyanın müxtəlif ölkələrindən seçilən 100 startap arasında 2 Azərbaycan layihəsi də var.

Belə ki, okytabrın 27-də  Qazaxıstanda keciriləcək "Astana Newenergy global startup fest" də ölkəmizi qlobal  RobiGuide layihəsinin rəhbəri Namət Məmmədzadə və  Lendock layihəsinin rəhbəri  Ağahüseyn Əhmədov təmsil edəcək .

Astanaya gələn startaplar öz layihələrini beynəlxalq eskpertlər, investorlar qarşında təqdim edəcək.

Onlar arasından seçilən 30 startap gələn il Astanada keçiriləcək EXPO-2017-də iştirak etmək imkanı qazanacaq.

Qeyd edək ki,  EXPO  (Newenergy ) konfransı Qazaxıstan Respublikasının Energetika Nazirliyi və  Qaz və Neft üzrə Analtik İnformasiya  Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Konfransın əsas məqsədi  beynəlxalq innovativ layihələri, vençur fondları, acceleratorları cəlb edərək bərpa olunan və alternativ enerji mənbələri, "yaşıl iqtisadiyyat"ı inkişaf etdirməkdir.

 

Məltəm Talıbzadə 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə