Startapçılarımız Silikon Vadisi mentoru ilə görüşüb

17-03-2017 / 12:31

Youth Inc. Biznes İnkubasiya Mərkəzinin təşkilatçılığı ilə Silikon Vadisinin mentoru İngrid Rostenin startaplar və gənc sahibkarlarla görüşü baş tutub.

Youth Inc. Biznes İnkubasiya Mərkəzində keçirilən görüşdə beynəlxalq səviyyəli mentor startapların ideyaları ilə tanış olaraq, onlara tövsiyyələrini verib və öz təcrübələri ilə bölüşüb.

Bu barədə Xeberler.az-a mərkəzdən məlumat verilib.

Belə ki, mərkəzin startapları Velokuryer, Logical Ad Inc., Ozal.az, o cümlədən Youth Inc. Business Academy Akselarasiya Proqramının iştirakçıları Kvotter və Customarlic görüşdə iştirak edib.

Görüşün sonunda startapçıların suallarını cavablandıran İnqris Rosten, Biznes İnkubasiya Mərkəzinin fəaliyyətiylə də tanış olub.

Görüşün əsas məqsədi startapçıları xarici mentorlarla əlaqələndirmək, onların fəaliyyətinin genişləndirilməsini təmin etmək və ölkəmizdə sahibkarlığın inkişafına dəstək olmaqdır.

Qeyd edək ki, Youth Inc. Sahibkarlıq Proqramı gələcək fəaliyyətində Silikon Vadisinin mütəxəssisləriylə sıx əməkdaşlıq çərçivəsində layihələr həyata keçirməyi planlaşdırır.

İngrid Rosten Silikon Vadisində yerləşən, Beynəlxalq Biznes İnkubatorunun (IBI) (hazırda US Market Access Center) 1995-2005-ci illərdə təsisçisi və rəhbəri olub. İ.Rosten həmçinin NASA Kosmik Proqramında, həmçinin 30-dan çox beynəlxalq biznes mərkəzində mühazirələrlə çıxış edib. Habelə,  Rosten Milli Biznes İnkubasiya Birliyinin (NBIA) üzvü, Elm Parkları və İnnovasiya Mərkəzlərinin Ekspert Qrupunun (SPİCE) üzvü, San-Xose Ticarət Palatasında, Silikon Vadisinin beynəlxalq işlər üzrə direktorudur.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə