Startapçılarımız Startup Turkey-də-Fotolar

23-02-2017 / 14:12

Hər il Türkiyədə keçirilən regionun ən böyük startap tədbirlərindən Startup Turkey bu il fevralın 23-25-də Antalyada keçirilir.

Məlumat verdiyimiz kimi, qlobal tədbirdə Azərbaycan startapları da iştirak edir.

Belə ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Kvotter, Spinal, Expander (CustomAR),Omarov`s Game Studio, WeTravel layihələri tədbirə qatılıb.

Hazırda startap komandaları Antalyadadır.

Startapçıların Xeberler.az-a verdiyi məlumata görə, bu gün tədbir çərçivəsində Demo Day təşkil ediləcək. Belə ki, Demo Day-də startap komandaları təqdimat edəcək.

Qeyd edilib ki, hazırda tədbirdə iştirakçıların netvörkinqi davam edir. Yəni, tədbir iştirakçıları bir-biri ilə tanış olaraq, layihələri barədə məlumat verirlər.

Bildirilir ki, birazdan komandalar Demo Day-də investorlar qarşısında öz layihələrinin qısa müddətli təqdimatını edəcək.

3 gün davam edəcək tədbirdə 700 iştirakçı, 150-dən çox investor və 100-dən çox startapın iştirakı gözlənilir.

Qeyd edək ki, 2008-ci ildən Türkiyədə keçirilən qlobal startap tədbiri regionun ən yaxşı sahibkarları, investorları, mələk yatırımçıları, vençur fondları, innovativ şirkət və layihələrini bir araya gətirir.

Startup Turkey-nin əsas məqsədi ən yaxşı netvörkinq imkanı yaratmaqdır.

 

 Məltəm Talıbzadə

 

             


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə